AKTUAL manset

ANA VƏTƏN PARTİYASININ B Ə Y A N A T I

ANA VƏTƏN PARTİYASININ
B Ə Y A N A T I

İyulun 12-də faşist düşüncəli, işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində başladığı hücum əməliyyatlara igid və qəhrəman ordumuz tərəfindən layiqli cavab verildi, düşmənə ağır və sarsıdıcı zərbələr endirildi.
Təcavüzün davam etdiyi günlərdə qardaş Türkiyə, Pakistan, Ukrayna dövlətləri birmənalı şəkildə Ermənistanın hücumunu pislədi və Azərbaycanla bərabər olduqlarını rəsmi dövlət səviyyəsində bəyan etdilər.
Bu dövlətlərin içərisində özünü Dünya miqyasında müsəlmanların “himayəçisi” kimi təqdim edən qonşu İran yer almadı. İranın rəsmi dairələri Ermənistanın təcavüzünü qınamadı, onun növbəti işğalçılıq niyyətini pisləmədi, dolaysilə xristian ölkələrilə bərabər onunla həmrəylik nümayiş etdirdi.
Ən çətin anlarda İranın çökməsinə yönələn layihələrin iştirakçısı olmaqdan imtina edən Azərbaycanın xidmətləri yenə də unuduldu.
Ayağa qalxıb, Quzeyli qardaşları ilə bir olan “Qarabağ bizimdir, bizim olacaq” çağrışları ilə meydanlara axışan sevimli Güneyli qardaş və bacılarımıza qarşı molla rejimi zorakılıq tətbiq etdi, çoxsaylı həbslər aparıldı, Ermənistanın təcavüzünü pisləyən, Azərbaycanın işğal edilmiş torpaqlarının azadlığını tələb edən 15 nəfər soydaşımızın həbsi haqqında saxta məhkəmə qərarı qəbul olundu, onlara işgəncələr verildi.
Uzun illərdən bəri fars şovunizminin tüğyan etdiyi İran molla rejimi tərəfindən 40 milyonluq Güneyli soydaşlarımızın hüquqlarının pozulmasını, onlara tətbiq edilən zorakılıqları və işgəncələri qətiyyətlə pisləyir və bu antibəşəri siyasətə son qoymağı İranın şovunist hakimiyyətindən tələb edirik.

Ana Vətən Partiyasının
Mərkəzi Şurası
28 İyul 2020-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir