AKTUAL manset

Əməkdar artist Nicat Kazımov: Yani doğurdanmı, biz sənət adamları heç kimə lazım deyilik?- Şikayət

Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımovun Xəbərlər.az saytına ünvanladığı məktubu sizlərə təqdim edirik:

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnalogiyalar naziri Cənab Ramin Quluzadəyə, “Azərsu” açıq səhmdar Cəmiyyətinin sədri cənab Qorxmaz Hüseynova və media əhlinə

MÜRACİƏT
Əslində bu müraciətimi gecikmiş hesab etmək olar, amma, gec olması, heç olmamasından yaxşıdır.
Mən Vətənimi, Xalqımı, Dövlətimi çox sevirəm və sənətimlə bu sevgini hər an isbat etməyə çalışıram.
Pandemiya ilə bağlı, Prezident İlham Əliyev Cənabları bir çox qabağlayıcı tədbirlər görülməsinə tapşırıqlar verdi. Bunlardan biri də karantin rejiminin tətbiq olunması oldu. Bununla əlaqədar təhsil müəsisələri onlayn sistemə keçdi. Mən iki ali təhsil ocağında dərs deyirəm – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində və Bakı Musiqi akademiyasında. Mənzil şəraitimin əlverişsiz olduğundan, mart ayında karantin rejimi elan olunan kimi qaynatam Rzayev Əzizağaya məxsus, Novxanıda yerləşən bağ evinə daşındığ. Mən elə o andaca onlayn dərsləri keçmək üçün bağa telefon və internet xətti çəkdirmək üçün müraciət etdim. Dedilər ki, xətt yoxdur. Tezliklə xətt olacaq və sizin müraciətiniz öz həllini tapacaq. 5 ay keçib, bu məsələ hələ də həll olunmayıb. Amma qonşu bağlara xətt çəkilib. Onlar üçün xətt var imiş…. Amma mən onlayn dərslərimi dedim. Necə? Bu ayrı əhvalatdır. Azərsellin Mİ-Fİ cihazı aldım. 90 manatlıq cihazı mənə 230 manata satdılar. Aylıq abunə haqqı da 30 manatdır. Nəzərə alsaq ki, onsuz da müəllimlərin maaşı azdır, mən isə əsas iş yerim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı olduğundan 50 faiz maaşa dərs deyirəm, internet üçün heç də aşağı məbləğ deyil. Nə isə, aldım qoz, satdım qoz. Onsuz da mən dərsi maaşa görə demirəm. Gənclərə nə isə öyrədə bilirəmsə, bu mənim üçün milyonlara dəyər. Bayaq mənə Sakit adlı bir nəfər zəng vurub telefon xəttinin olmadığını bildirdi. 5 aydan sonra. Özümdən çıxdım və bu yazını yazmağa qərar verdim.
O ki qaldı Azərsuya oxşar hadisədir. Bağa su çəkdirə bilmirəm. Deyirlər xətt yoxdur. Amma o ərazidə məskunlaşan qaçqınlar mənə su xətti satmaq istəyir. İndi hansı zamandır ki, suyun olmasın? Mən qanunsuz heç nə istəmirəm, rüsumları da ödəməyə hazıram.
Yəni doğurdanmı, biz sənət adamları heç kimə lazım deyilik? Yəni doğurdanmı, bizim necə yaşadığımızla heç kəs maraqlanmaq istəmir? Mən buna inanmaq istəmirəm!
P.S. – Kaş ya idmançı olaydım, ya da jurnalist……

Hörmətlə – Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir