AKTUAL manset

YAP-ın təşkil etdiyi “İyul döyüşləri: Qəhrəmanlıq və Vətənpərvərlik” mövzusunda videokonfrans keçirilmışdir

Sharing is caring!

24 İyul 2020-ci ildə Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “İyul döyüşləri: Qəhrəmanlıq və Vətənpərvərlik” mövzusunda video konfransda Ana Vətən Partiyasının sədri, Millət Vəkili Fəzail Ağamalının
Ç I X I Ş I

Ermənilərin növbəti hərbi təcavüzünə qarşı bir neçə günlük lokal iyul döyüşləri bütövlükdə işğalçı ölkənin bütün sahələrdə zəifliyini, Azərbaycanın isə hərbi və siyasi gücünü və bacarığını, ordu ilə xalqın möhtəşəm birliyini nümayiş etdirdi.

Ermənistanın qəflətən hücum etməsinə və daha çox ehtimal olunan başqa bir dövlətin texnoloji imkanlarılə yüksək çinli zabitlərimizin qətlə yetirilməsinə baxmayaraq, ordumuzun həyata keçirdiyi qisas əməliyyatları düşmənə ağır və sarsıdıcı zərbələr vurdu, düşmənin sərhəd boyu bütün hərbi kommunikasiyaları, onlarla canlı qüvvəsi və xeyli sayda texnikası məhv edildi.

– Bu sınaqdan xalqımız da, Ali Baş Komandanımız da, ordumuz da qalib olaraq çıxdı və qalib çıxmağımızla, gücümüzlə bağlı ermənilərin də, onu himayə edən ölkələrin də şübhəli düşüncələrinə bir daha aydınlıq gətirildi və bu şübhələrə tamamilə son qoyuldu.

– Düşmən və onu himayə edənlər generalımızı və digər yüksək rütbəli zabitlərimizi qətlə yetirməklə, ordumuzu və xalqımızı mənəvi sarsıntıya hədəfləmişdilər. Bu, olmadı. Əksinə əsgərilə, zabitilə bərabər, Generalını da itirən Ali Baş Komandanımız da, Ordumuz da, xalqımız da daha da mətnləşdi, birgə oldu, güclü oldu və qisas əməliyyatı düşmənə böyük fəlakətli günlər yaşatdı. Və Azərbaycan gəncliyinin vətənpərvərliyi düşmənə, onunla bərabər olanlara şok effekti yaratdı;

– Müttəfiqlərimiz və dostlarımız bizi tək qoymadı, Türkiyə, Pakistan, Ukrayna, Türk Şurasının qardaş dövlətləri, İslam Konfransı təşkilatı, Qoşulmama Hərəkatı ölkələri yanımızda oldular, digər çox saylı ölkələrsə əvvəlki illərdən fərqli olaraq, bizi ittiham etmədilər, nisbətən neytral qaldılar. Bu, ölkə prezidentinin illərdən bəri gərgin diplomatik fəaliyyətinin və şəxsi nüfuzunun bəhrəsi idi;

– Ermənistanın çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələri təcavüzkar ölkənin avantürasını baykot etdilər.

– Qəhrəman ordumuz topu ATƏT-in Minsk Qrupunun meydanına ötürdü, baxaq, onlar bundan sonra necə rəftar edəcəklər, ya Ermənistanı təcavüzkar ölkə kimi məcbur etməlidirlər ki, işğala son qoysun və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, yaxud da Dövlətimizin, Ali Baş Komandanımızın və ordumuzun iradəsi qarşısında kənara çəkilsin və haqq içimizi müdafiə etsin;

– Dövlət və cəmiyyət olaraq informasiya cəbhəsindəki boşluqları dərhal aradan qaldırılmalıyıq, ordumuz kimi internet resurslarında da müsəlləh əsgər kimi səfərbər olmalıyıq, həm ermənilərə və onları dəstəkləyənlərə, həm də anti-milli ünsürlərə və 5-ci kalona qarşı daha ardıcıl şəkildə mübarizə aparmalıyıq;

– Xaricdə yaşayan soydaşlarımız artıq ciddi güc mərkəzi kimi özünü nümayiş etdirdi, erməni təcavüzünə qarşı qətiyyətli şəkildə iradəsini ortaya qoydu. Bu amili daha da gücləndirməliyik, onlara daha çox diqqət və qayğı göstərməliyik;

– Və ən nəhayət, strateji xarakter daşıyan neft və qaz kəmərlərinin, Qərblə Şərqi birləşdirən yeganə dəmir yol magistralının təhlükəsizliyinin ən yüksək səviyyədə qorunması daha da aktuallaşdı.

Sonda demək istərdim ki, 2016-cı ildən başlanan qələbə bizimdi və bizim də olacaq. Bu qələbə ermənilərin xalqımıza və tarixi torpaqlarımıza qarşı 250 illik hərbi, siyasi, mənəvi və maddi təcavüzünə son qoyacaqdır.

Buna varlığım qədər inanır və zərrə qədər şübhə etmirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir