AKTUAL manset

BU GÜN MİLLİ MƏTBUAT 145 İLLİYİNİ QEYD EDİR

Sharing is caring!

Təməli Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan, daha sonra “Ziya” və “Kəşkül” qəzetləri ilə davam edən Azərbaycanın milli mətbuatı çox çətin inkişaf yolu keçmişdir.

XX əsrin 80-ci illərin II yarısından milli mətbuatımız azad və demokratik missiyanı, insan düşüncəsinə sayqı, operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısına çevrilməyə başladı.

Azərbaycan müstəqillik qazandıqdan sonra azad, müstəqil mıtbuatın formalaşmasında Ulu Öndərimizin müstəsna xidmətləri oldu. Senzuranın aradan qaldırılması və milli mətbuatın Azərbaycanın ictimai – siyasi mühitində fəal rol oynamasında onun atmış olduğu addımlar özünün əhəmiyyətli bəhrələrini verdi. Sonrakı illərdə bu ənənəyə söykənən ölkə prezidenti İlham Əliyev mətbuat işçilərinə, jurnalistlərə diqqət və qayğını daha da artırdı. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunun yaradılması və hər il oraya dövlət vəsaitinin köçürülməsi, jurnalistlərə təmənnasız evlərin verilməsi, bu baxımdan xüsusi olaraq qeyd edilməlidir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, cəmiyyətimizin demokratikləşməsində söz və fikir azadlığının aparıcı amilə çevrilməsində mətbuatımızın əməyi danılmazdır.
Əminəm ki, bundan sonra da fəaliyyətinizlə ölkəmizdə demokratik proseslərin inkişafına, vətəndaş cəmiyyətinin formalaşmasına, əhəmiyyətli töhvələr verəcəksiniz.

Gününüz mübarək, dəyərli jurnalistlər!

Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri,
millət vəkili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir