AKTUAL manset

Oba Marketdən Şəhidlərimizə hörmətsizlik!

Sharing is caring!

Oba Marketdən Şəhidlərimizə hörmətsizlik!

Mənim bütün Səlyanlılara o cümlədən Səlyan rayonun rəhbər işçilərinə böyük hörmətim var!

Amma bunu paylaşmağı özümə borc bildim.
Bəlkədə rayon rəhbərliyinin heç xəbəri olmayıb bu açılışdan.

Mağazanın açılışı bu gün olub!

Ölkədə sərt karantin rejimi,pandemiya bir yandan, az qala ölkədə matəm elan oluna, qan tökülüb,neçə şəhid vermişik, bütün dünya Azərbaycana başsağlığı verir, OBA market isə Səlyan rayonun Şorsulu kəndin də öz filalın açıb bayram edir!

Burdan Səlyan rayonun icra hakimiyyətinin başçısı dəyərli insan Sevindik müəllimə,Səlyanın bu ərazidən olan Millət Vəkilinə,Səlyan rayon Polis şöbəsinin rəisi polis polkovniki Nəzər Əsgərova, İqtisadi İnkişaf Nazirliyinə, Qida Təhlükəsizliyi agentliyinə və digər aidiyyatı qurumlara səslənirəm:Dərhal bu mağaza bağlanılsın və yaxud cərimə olunsun!

Bu mağazanın rəhbərliyi Azərbaycanlı deyil?Şəhidlərimizin qanı qurumayıbe hələ!

İnanıram ki, bu mağazanın rəhbərliyi öz layiqli cəzasını alacaq!

Ayıbdı vallahi ayıb!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir