AKTUAL manset

Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə gedib, Hulusi Akarla görüşüb

Sharing is caring!

Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfərə gedib.

Xəbəral.az  xəbər verir ki, o, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.

Görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub.

“Ermənistan qurduğu tələyə özü düşəcək, bu tələnin altında qalacaq və etdiyi işin hesabını mütləq ödəyəcək”, – Hulusi Akar deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir