“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” Ulu Öndər Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər andımıza çevrilib. Hər birimiz andımıza sadiq olmalıyıq. Ölkəmizdə uşaqların müdafiəsi, onlara diqqət və qayğının göstərilməsi istiqamətində geniş miqyaslı işlər görülür. Ölkə Prezidenti Cənab İlham Əliyevin sayəsində uşaq və gənclərin hərtərəfli inkişafı üçün görülən işlər genişlənməkdədir. Ulu Öndər Heydər Əliyevin ideyalarını yaşadan Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən biri də məhz uşaqların uğurlu gələcəyinə söykənir. Fondun Prezidenti, Birinci Vitse Prezident Mehriban Xanım Əliyevanın, fondun Vitse prezidenti Leyla Xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan, qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan uşaqlara diqqət, qayğı və mərhəmətlə yanaşmaları hər birimizə nümunədir. İnsan ruhunu dincəldən, dünyanın bütün pisliklərindən uzaq, səmimi, sevgisinin qarşılığında təmənna gözləməyən balalarımızın 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü mübarək olsun. Fidanları bir gün deyil, hər gün qayğı və sevgi ilə yaşatmalıyıq. Əziz və istəkli uşaqlarımıza sağlam, milli ruhda böyüməyi diləyirəm! “BUTA” körpələr evi – uşaq bağçasının direktoru, “BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı.
Oxşar Xəbərlər
Geomaqnit qasırğası gözlənilir
Avqustun 1-i və 2-də geomaqnit qasırğası gözlənilir. Bu barədə Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasından məlumat verilib. Kosmik hava proqnozuna görə, proqnoz günlərində (31 iyul – 06 avqust iyul) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. Xeberal.az
Çempionlar Liqası: “İnter” “Milan”a qalib gələrək finala yaxınlaşdı – VİDEO
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Oxu.Az xəbər verir ki, ikinci matçda İtaliyanın “Milan” və “İnter” klubları üz-üzə gəliblər. Qarşılaşma “İnter”in qələbəsi ilə başa çatıb – 2:0. “Nerazzuri”yə qələbə qazandıran qolları Edin Dzeko və Henrix Mxitaryan vurublar. Komandalar arasında cavab matçı mayın 16-da keçiriləcək. Xeberal.az
Ermənistan hərbi kəşfiyyatının sabiq rəhbəri həbs edilib
Ermənistanda ikinci ordu korpusunun keçmiş komandiri, Ermənistan Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arayik Arutyunyan həbs edilib. Bu barədə “Sputnik” Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla xəbər verib. Nəşrin məlumatına görə, hərbi kəşfiyyatın keçmiş rəhbəri dekabrın 15-də həbs edilib. O da vurğulanır ki, cinayət işi ilə bağlı dekabrın 14-də xəbər verilib, lakin prokurorluğun rəsmi məlumatında təqsirləndirilən şəxsin […]