AKTUAL manset

Maska taxmayanlar 50 manat cərimə edilsin — Deputatdan TƏKLİF

Sharing is caring!

Məlumdur ki, ölkədə COVİD- 19 virusuna görə karantin rejimi davam edir. Respublikamızda pandemiya ilə əlaqəli indiki dövrə qədər 4403 koronavirus xəstəliyinə yoluxma halı qeydə alınıb, 2819 nəfər şəxs virusa yoluxub, 52 nəfər vəfat edib, 1532 nəfər şəxs isə hazırda müalicəsini davam etdirir. Hər gün artan statistika yoluxma sayında bəzi faktorları göz önünə sərir.

Xəbəral.az xəbər verir ki, pandemiya ilə bağlı hökm sürən dövrdə yumşaldılmalar olsa da, insanlar sosial izolyasiya tətbirlərinə, xüsusən də maska və əlcəklərdən istifadə qaydalarına riayiət etmir. Maskaların alt çənənin altına salınaraq taxılmasına, pencəyin cibində salxlanılmasına, və yaxud da maskanı əldə tutaraq havada yelləyərək sosial göstəriş kimi gəzdirmək hallarına demək olar ki, hər gün rast gəlinir. Bir sözlə pandemiyanın yenidən artdığı dövrdə karantin mədəniyyəti demək olar ki yox dərəcəsindədir. Söhbət xüsusi mədəniyyət göstəricisindən getmir. İnsanların sağlamlığına hesablanmış mədəniyyət onların ən ali mədəniyyətidir. Necə ki, insanlar öz təbii ehtiyaclarını ödəmək üçün məxsusi yerlərə gedirlər.

“COVİD-19″un fəsadlarını gözü ilə görməyən, yaşamayan insanlar əlbət ki, maskaları əllərində gəzdirməz, buna dırnaqarası yanaşmazlar. Cəmiyyətdə bununla əlaqəli nə qədər təbliğat işi aparılsa da, bəzi vətəndaşlar hələ də “qılınc müsəlman” anlayışına sadiq qalırlar. Hər gün artan xəstələnmə sayını nəzərə alsaq, pandemiyanın dalğalanmasında nələrlə qarşılaşacağımızı tibb sahəsində sözünü demiş həkimlər artıq açıqlayıb. Düşünürük ki, bunu bir daha qeyd etməyə ehtiyac yoxdur. Sosial izolyasiya tələblərinə riayət etməyən insanların müəyyən qaydalarla tənzimlənməsi cərimələri gündəmə gətirir. Maraqlıdır, cərimələrin tətbiq olunması pandemiyanın yayılmasının qarşısının alınmasında hansı təsirlər göstərə bilər? Bu addım kifayət qədər effektli ola bilərmi?

Bununla bağlı deputat Fəzail Ağamalı danışıb:

“Nazirlər Kabineti yanında Operativ Qərargah və müvafiq dövlət strukturları pandemiya ilə bağlı məsul olan hər bir işi görür və buna davam edir. Dövlət özündən asılı olan hər bir şeyi edir, qalır xalqımızın dövlətin müəyyən etdiyi tələblərə, davranış nümayiş etdirməsi. Son dövrdə sadə karantin qaydalarına əməl etməyənlərin düşüncələrində problemin olduğunun qənaətindəyəm. Əgər vətəndaş küçəyə çıxır, məsafəni gözləmir və qoruyucu maskalardan istifadə etmirsə, virusun daşıyıcılarından birinə çevrilir. Uzun aylardır ki lazımı orqanlar maariflənmə işi iə məşğul olsalar da, insanlar düşncülərinin çəkisinə uyğun gəlməyən müxtəlif bəhanələr gətirirlər. Deyirlər ki, koronavirus oyundu. Bəli, dünya oyunun içindədir. Virus da həmin oyunun içindədir. Bunu dərk etmək lazımdır. Buna qarşı hər birimiz iradə nümayiş etdirib özümüzü qorumalıyıq və deyilən şərtlərə əməl etməliyik. Bu olmursa, ictimai yerlərdə qoruyucu maska taxmayanlar cərimə olunmalıdır”.

Deputat Fəzail Ağamalı bildirib ki, maska taxmayan vətəndaşlar 20 manatdan 50 manatadək cərimə olunmalıdır. Deputat sözügedən məsələ ilə bağlı Milli Məclisin növbəti iclasında məsələ qaldıracağını açıqlayıb:

“Baxıram ki, küçələrdə, ictimai yerlərdə insanların 80-90 faizi qoruyucu maskadan istifadə etmir. Bu qədər məsuliyyətsizlik olmaz. Bunun qarşısının alınması üçün maariflənmə işi ilə bərabər cərimələr tətbiq edilməlidir. Maska taxmayan şəxslər 20 manatdan 50 manatadək cərimə olunmalıdır. Milli Məclisin növbəti yığıncağında bu mövzu ilə çıxış edəcəm. Cərimələrin tətbiqini düşünürəm ki, polislərlə bərabər digər qurumların səlahiyyətlərinə də verməliyik. Ola bilsin ki, polisin fiziki baxımdan buna imkanı çatmaz”.

Milli Məclisin digər deputatı Fazil Mustafa isə cərimələrin məbləğınin artıq deyil, 10- 20 manat arasında ola biləcəyini qeyd deyərək, məsələnin həllində yardımçı olacağını açıqlayıb:

“Hökumət bir sıra məsələlərdə vəziyyəti yüngülləşdirməyə çalışır. Bir qrup insanlar hələ də məsələni ciddiyə almadan problemlər yaratmağa başlayırlar. Açığı qeyd edim ki, bunun nəticəsindədir ki son günlər xəstəliyə yoluxanların sayında tövsiyyənin xeyri yoxdur. Müəyyən dərəcədə maskasız gəzən insanların cərimələrlə cəzalandırılmasından söhbət gedir. Cərimələri əgər tətbiq etməsək bu hal davam edəcəkdir. Məsələyə qeyri- ciddi yanaşmalar var və bunun nəticələri ağır ola bilər. Belə halların qarşısını ancaq cərimələr tətbiq etməklə almaq olar. Fikrimcə təbliğat dayandırılmamalı və ictimai yerdə maskasız olan insanlar cəzalandırılmalıdır. Cərimə məsələsində böyük məğləğə ehtiyac yoxdur. Belə olan halda hər kəs bilməlidir ki, cibindən ən azı 10- 20 manat çıxacaq. Bu məbləği olmayan adam ən azı cərimənin 40 manatadək artırılmasını istəməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir