AKTUAL manset

Göyçay İcra Hakimiyyəti”Media üçün açıq qapı” təşkil etdi-FOTO

Sharing is caring!

Mayın 23-də bir qrup media nümayəndəsi ilə birgə Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) təşkil etdiyi “Media üçün açıq qapı” layihəsində iştirak etmək məqsədilə Göyçay rayonuna yola düşdük. Rayonda baş verən hər şeyi gözümüzlə görmək üçün rayonun kənd və qəsəbələrinə baş çəkdik.
Öncə bizə ünvanlanan bəzi şikayətlərlə bağlı üz tutduq “narın paytaxtı”na. Öncə vurğulayım ki, pandemiya ərəfəsində, eləcə də Prezident İlham Əliyevin icra başçıları ilə bağlı verdiyi son qərarların dönəmində belə bir təşəbbüs irəli sürmək bir icra başçısının özünə güvənindən irəli gələn bir məsələdir. Ümidvarıq ki, digər icra başçıları da Göyçay RİH başçısı Mehdi Səlimzadəni örnək götürər və bu addımı bir vərdişə çevirərlər. Bundan sonra məmurlar sakinlərlə, mətbuatla ayda, ildə bir dəfə deyil, mütəmadi olaraq təmasda olar.

Bu minvalla ilk olaraq Göyçay şəhər mərkəzindən 35 km uzaqlıqda yerləşən Alpoud kəndinə yollandıq. Körpə fidan balalarımız üçün yenicə tikilib, təhvil verilən Cavanşir Məmmədov adına Alpoud kənd uşaq bağçasının binası ilə tanış olduq. Qeyd edim ki, həmin bağça Heydər Əliyevin Fondunun birbaşa dəstəyi ilə ərsəyə gəlib. Bu, 2 qruplu 40 yerlik müasir tipli uşaq bağçasıdır.

Onu da vurğulayım ki, şikayətlərin birində qeyd edilmişdi ki, bir çox bağça və məktəblərdə barama qurdlarının bəslənilməsi prosesi həyata keçirilir. Bunun bir növ şahidi olmaq və məhz həmin şikayətə aydınlıq gətirilməsi üçün RİH-in mətbuat xidmətinin rəhbəri Anar Nağıyevlə danışdıq. O bildirdi ki, həmin şikayət əssasızdır və həmin bağçanın həyətindəki köhnə uşaq bağçasına baş çəkməyimizi məsləhət gördü. Köhnə bağçanın acınacaqlı vəziyyəti bizi üzdü. İndiyə kimi belə bir qəzalı vəziyyətdə olan uşaq bağçasına üz tutan köpələrimizin taleyi bir anlıq keçdi gözlərimizin önündən. Həqiqətən bağça tam yarasız vəziyyət olub və icra başçısın göstərişi ilə tamamilə yeni uşaq bağça inşa edilib. Uşaq bağçasının inşa edilməsinə baxmayaraq, köhnə uşaq bağçasının binası sökülməyib, məhz həmin binadan barama qurdlarının bəslənilməsi üçün istifadə olunduğunu gördük.

Növbəti səfərimiz Ləkçılpaq və Çaxırlı kəndlərində olan məktəb və bağçalara doğru idi. Hər iki kəndin də müasir bağça və məktəblərini ziyarə etdik. Daşqın Məmmədov adına Çaxırlı kənd tam orta məktəbin yenidənqurma işlərinin də şahidi olduq. Qeyd edək ki, məktəb Aprel şəhidi Daşqın Məmmədovun adını daşıyır.

Müskürlü kəndində 1 qruplu 20 yerlik uşaq bağçası və körpələr evi, “ASAN xidmət”i xatırladan Müskürlü sosial inzibati bina kompleksi, kənd icra nümayəndəliyi, kənd bələdiyyəsi, tibb məntəqəsi, kitabxana, uşaq bağçası yerləşir. 100 yerlik konfrans zalından ibarət kompleksin bir ildir ki, istifadəyə verildiyinin şahidi olduq. Lakin Müskürli kəndində içməli suyun olmaması problemini sakinlərin özlərindən eşitdik.

Qarabaqqal kəndində 1 qruplu 20 yerlik uşaq bağçası və körpələr evində də olduq.  Diqqətimizi çəkən yalnız yolların daş-çınqıllı olması oldu.
İcra hakimiyyətnin başçısı Mehdi Səlimzadə ilə görüş zamanı bu problemi də dedikdə o bildirdi ki, ümumən kənd yollarının çəkilməsi plana daxildir. Növbəli şəkildə hamısı həyata keçiriləcək. Əsas ana yollar əvvələ salınıb.
Rayonun Şəhidlər xiyabanı, eləcə də Əbədi yaşarların abidələrinə baş çəkdik. Daha sonra icra başçısı M.Səlimzadə ilə görüşərək, rayon əhlisini narahat edən məsələlərə aydınlıq gətirməyə çalışdıq. Ümümən Göyçayin belə təmiz, səkiqəli və müasir şəhər olduğunu təsəvvur etmirdim. Zənnim məni yaniltdı. Gorulən işlər çöxdur. Amma çatışmazlıqlar da az deyil. Bu yazı ilə mövzunu bitirmirik. Biz komanda olaraq Goyçaydakı problemləri sizlərə təqdim edəcəyik.
ARDI VAR…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir