AKTUAL manset

“5-ci kolon”a xidmət edənlərin Firdovsi Umudova qarşı TƏXRİBAT CƏHDİ

Ümumiyyətlə son aylar ölkəmizdə çoxvektorlu və köklü islahatlara başlanılıb. Bu islahatlar demək olar ki, bütün sahələrı, sektorları əhatə edir. Qanunsuzluğa yol vermiş yüksək çinli məmurlar qanunun tələblərinə müvafiq olaraq cəzalarını alırlar. 

Əlbəttə, birbaşa Prezident İlham Əliyevin iradəsi və əzmi ilə başladılan bu islahatlar birmənalı təqdir olunmalıdır və olunur da. Amma bu işlərdə “əmma”lar da olmamış deyil. 

Nədir bu “əmma”lar? 

Əmma odur ki, bəziləri “fürsət”i fövtə vermədən təmiz, fəaliyyətləri göz yaşı kimi duru olan insanları ləkələməyə çalışırlar. Bu isə əslində islahatlar prosesinə bir sabotajdır. Sürətlə irəliləyən velosipedin təkərinə çomaq soxmaq və suyu bulandırmağa cəhddir və bəlkə də qəsddir.

Məsələn, elə bu günlərdə belə arzuolunmaz hallardan biri ilə də daim Azərbaycan hökuməti, dövlət və dövlətçiliyinə yorulmadan, səmimi və şəffaf şəkildə, dişi ilə, dırnağı ilə xidmət edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da üzləşib. Belə ki, “reket” saytların birində F.Umudova qarşı “Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti “krışa”lıq edirmiş? – ŞOK TƏFƏRRÜAT” başlıqlı qarayaxma ruhlu yazı yazılıb və ya yazdırılıb.

Əlbəttə, bu birinci hal deyil. Gəlin, hələ aysberqin görünən tərəfindən danışaq. Firdovsi Umudov kimdir, haradan gəlib, indi haradadır və bu məmləkət üçün nələr edib, edir və edəcək?

Baxın, F.Umudov bir fəhlə ailəsində böyüyüb. F.Umudov bu gözəlim məmləkətin şanlı bayrağını dalğalandrmaqdan başqa hansı işi görüb ki? Axı ruhu, canı, qanı milli şüuru, milli əqidə və milli məfkurə ilə yoğrulmuş bir adam başqa hansı işlə məşğul ola bilər ki?!

Axı, F.Umudov çiyinlərini şərəfli bir missiyanın altına verib və o yük də yorulmadan, usanmadan, ləyaqətlə daşıyıb, daşıyır və daşıyacaq. F.Umudovun al-qırımızı üçrəngli bayrağımızı xarici ölkələrdə, beynəlxalq arenalarda şərəf və ləyaqətlə dalğalandırması, onu yüksəklərə ucaltması nədən kimlərinsə zoruna gəlir ?!

Biz belə bilirdik ki, Azərbaycan bayrağının daim yüksəklərdə, göyün ənginliklərində dalğalanmasından yalnız ermənilər və onlara havadarlıq edənlər narahatlıq keçirməlidirlər. Görünür, yanılmışıq, F.Umudovun bu şərəfli missiyanı, ləyaqətlə yerinə yetirməsi sapı özümüzdən olan erməni xislətli “balta”ları da əndişəyə salıbmış.

Atalarımız düz deyir “Qurd ağacı öz içində yeyər” Amma narahat olmayın bu dəfə siz ceviz qurdunun – Bu qurd cevizin içərisinə daxil olur, onun içindən bir az yiyir, sonda oradan çıxa bilməyib, partlayıb ölür- vəziyyətinə düşəcəksiniz. Yəni bu əməlləriniz öz başınızda çatlayacaq. Axı, atalarımız onu da deyib ki : “Günəş ləkə, palçıq tutmur”.

Bəli, kimisə ləkələmək istəyənlərin özləri isə ləkəli olduqları üçün digər pak insanları ləkələməyə qalxırlar. Axı, onları siyasi, insani, sosial keçmişləri ləkəlidir, qüsurludur. Bu gün üzərində minlərlə şəhidin, qazinin qanı olan üçrəngli bayrağımızı dünyada tanıdan, beynəlxalq arenalarda, tribunalarda vicdanla və hünərlə dalğalandıran bir şəxsiyyətə qarşı qara-piar kampaniyası aparmaq VƏTƏNƏ, ŞƏHİDƏ, onun ruhuna və Qazisinə xəyanət deyilmi?

Görünür,ölkəmizdə “5-ci kolon”a xidmət edənlər, mahiyyətini, xarakterini təfriqəçilik təşkil edənlər F.Umudovun vətəninə, dövlətinə, bayrağına şərəfli xidmətindən əndişələnirlər. Axı F.Umudov daim bəyan edib: “Mən dövlətimin əsgəriyəm və amalın ölkəmizi dünyada layiqincə təmsil etməkdir”. F.Umudovun sözü ilə əməli üst-üstə düşmürmü?

Əlbəttə, düşür. Və bu faktı tək biz yox, dünya görür. Azərbaycan bayrağı və idmanı uğurunda necə qəlbən fədakarlıq etməsi eynəksiz də görünür. Yalnız mənəviyyatı və vicdanı kasıb, kasad olanlar bunu görməzdən gələ bilər.

Güləş generalına qarşı belə şər-şəbədə dolu böhtanları yazdıranları da məhz bu narahat edir. Axı, F.Umudov vətəninə, millətinə, Ali Baş Komandanına sadiq əsgərdi. Çünki, F.Umudov yalnız bir amal, bir əqidə arxasınca qaçıb. Bu da ölkəmizin müstəqilliyinin əbədi olması, bayrağımızın daim dünya arenalarında ucaldılması və Azərbaycan kimi gənc bir ölkənin dünyada tanıdılmasıdır. Görünür, bu, onun uğurlarını, dövlətə, dövlətçilyə və ən əsası ölkə başçısı cənab İlham Əliyevə sədaqətini həzm edə bilməyən xamilyon, hər gün bir rəngə, ruha düşənlərin “fəaliyyəti”nə mane olur.

Axı, F.Umudov bu səviyyəyə hansısa partiyadan siyasi əqidəsini dəyişə-dəyişə, təxribatlar törədə -törədə, paklara iftira ata-ata gəlməyib. Bir kənddə doğulub, halal, zəhmətkeş, əməksevər bir kişinin halal çörəyini yeyib böyüyüb. Alnının təri, dəmir iradəsi və əzmi nəticəsində addım-addım bu olimpə yüksəlib. Bizim asanlıqla addım dediyimiz sözlərin hər birinin arxasında böyük zəhmət, hallallıq və yüksək insani keyfiyyət dayanır. Axı o Azərbaycan ictimaiyyətinin gözü qarşısında xalçadan, güləşə-güləşə, qalib gəlib bayrağımızı ucalda-ucalda bu zirvəyə yüksəlib.

İdmanla cəmi 10 gün məşğul olan adam bilir ki, hansısa xarici ölkədə bayraq ucaltmaq hansı əziyyətlər hesabına başa gəlir. Böyük nailiyyətlər qazanıb, Vətənini sevdirib, ölkəsini tanıdıb. İstər Ulu Öndər Heydər Əliyev, istərsə də Ümumilli liderin uzaqgörən siyasətinin layiqli davamçısı cənab İlham Əliyev onun bu zəhmətini yüksək qiymətləndirib. F.Umudov da öz növbəsində dövlət tərəfindən verilən mükafatı xalqı ilə daim bölüşüb, bölüşür. Koronavirus pandemiyasının tüğyan etdiyi dönəmdə bunun canlı şahidi olduq. Çoxsaylı imkansız, yoxsul ailəyə, qucağında yardım daşımadımı, yardım əli uzatmadımı? ! Bəlkə, bunu da inkar edəsiniz?! Bir sözlə, F.Umudovun qiymətini, dəyərini Ulu Öndər və onun layiqli davamçısı cənab İlham Əliyev verib.

F.Umudov da bütün fəaliyyəti müddətində ona göstərilən etimadı doğruldub, doğruldur və doğruldacaq. Keçək digər bir böhtana.

“Yazı”nın “müəllifi” qeyd edir: “Polkovnik Nemət Pənahovun qayınatası (F.Umudovun atası) da Qazax rayonunda tanınan şəxslərdən hesab olunur. Bildirilir ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində Pənahovun qayınatası qeyri-rəsmi sövdələşmələrin əsas simalarından biridir”. Bu hədyan dolu cümləni yazan və yazdıran da bilsin ki, F.Umudovun atası, babası, hətta ulu babası da əkinçilik və maldarlıqla məşğul olub.

Bu gün də atası Qəmnalı kişi həmin işlərlə məşğuldur. Sadə, siravi, əməksevər bir kəndlidir. Öz mal-qarası ilə məşğul olan bir adamdır. Bunu Qazaxda yaşayan hər bir kəs gözəl bilir. Olduqca xırda bir araşdırma aparmaq bəs edir ki, bu gün Qəmnalı kişinin necə zəhmətkeş bir insan olmasının şahidi olsun. Sizin yazdığınız o “sövdələşmə” sözü o adamın ruhuna o qədər yaddır ki… Kənddə, evində oturub, mal-qarası, öt-çöpü, əkin-biçini ilə başını qatır. Axı zəhmətkeş bir ağsaqqalın adınının belə qarayaxmalarda hallandırılması əqidəsizliyin dibi deyilmi? Bundan böyük nə absurdizm ola bilər axı ?!

Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə şah qanun deyil, qanun şahdır. Sizi bilmirik, biz ölkəmizin qanunlarını həmişə ŞAH hesab etmişik və münaisbətimiz dəyişməzdir. Axı F.Umudovun atası “sövdələşməyə” gedib deməklə siz həm də qanunlarımızı həqarət edirsiniz. Azərbaycanı ictimaiyyətə qanunun işləmədiyi bir ölkə kimi təqdim etməyə səy göstərirsiniz. Bunun özü ölkəmizi, dövlət, dövlətçilik və qanunlarımızı gözdən salmaq deyilmi? Buna nə ad qoyaq bəs? Axı illərdir, ən ali səviyyədə Azərbaycanın hüquqi və demokratik ölkə olması dəfələrlə bəyan edilib. Necə olar bilər ki, qanun, hüquq ölkəsində yaşlı bir kişi “sövdələşmə”yə getsin. Axı verilən, yayılan xəbərin bir istinadı olmalıdı, rəsmi təsdiqi olmalıdır.

Əgər bu gün bunun bir rəsmi təsdiqi yoxdursa(ola da bilməz), sizin bu “yazı”nızın qərəzli və sifarişli olması demək deyilmi?

Peşəkar media və jurnalist yazdığı yazını ən azı 3 mənbədən dəqiqləşdirməli və ittiham olunan şəxslə əlaqə saxlayıb, ittihamlara cavab almalıdır. Nə rəsmi təsdiq var, nə də ittiham olunanın mövqeyi. Azərbaycan ictaimiyyəti də bunu gözəl bilir ki, bu “mətn” qərəzli, cılız və mənən yoxsul insanların “İrəli gedənin ayağından çəkib geri salma” kimi ucuz paxıllıq hissindən başqa bir şey deyil. Başqa bir məqama diqqət edək.

Həmçinin, “yazı”da bildirilir: “Ümumilikdə isə Firdovsi Umudovun illərlə Nemət Pənahova hamilik etdiyi, yaranan problemlərinin həllində əsas söz sahibi olduğu qeyd edilir”.

Birinci, bu cümlədəki “Söz sahibi olduğu qeyd edilir” ifadələrindən bunun böhtan olduğu aydın görünür. Axı adama sual verərlər bunu qeyd edən kimdir, niyə çıxıb qeyd etmir? İkincisi də qanunda da, dində də hər kəs öz adı ilə çağrılır. Yəni kiminsə yanlışı (hələ tam dəqiq bilinmir), başqasının ayağına niyə yazılmalıdır?!

Bunun nə hüquqi əsası var, nə də dini. Hər kəs öz adı ilə tanınır və çağrılır. Lap el dili ilə desək, hər kəs öz çəpərinin qırağına cavabdehdir. Üstəgəl, Nemət Pənahov həmin qurumda çalışanda F.Umudov heç o qurumun qapısını belə tanımırdı. Polkovnik o müəssisədə F.Umudovdan illər öncə çalışıb. DSX-nın məktəbini bitirmiş bir kadr olub.Və bu gün onun hansısa xoşagəlməz bir əməli üzə çıxıbsa, onu təmiz bir adamın uğurlarını, fəaliyyətini, bütövlükdə reputasiyasını zədələmək üçün istifadə etmək dönüklük deyilmi?

Atalarımızın yaxşı bir sözü var: “Hər kəsi öz adıyla çağırırlar”. Hətta bir atanın əkib, bir ananın doğduğu iki qardaş görmüşük ki, biri oxuyub alim olub, digəri də bu “yazı”nı sifariş verib yazdıranlar kimi xəbis. Belə naqis insanlara el arasında “dolmuş pampers”lər deyirlər. Bəli məhz dolmuş pampers. Yəni pis iy qoxan, lazımsız əşya.

Sonda qeyd edək ki, əlbəttə, bar verən ağaca həmişə daş atanlar tapılır. Sadəcə, biz mədəniyyətimizə qısılıb susduqca bu daş atan cəsarətlənirdi. Yaxşı bir deyim var: “Mədəni adam mədəniyyətinə sığınıb, susur, mədəniyyətsiz də elə düşünür ki, ondan qorxdular”.

Amma bu dəfə yəqin ki, elə olmayacaq. Onu yazan da , sifariş verən də layiqli cəzasını alacaq. Sonda möhtərəm Ali Baş Komandanın bu sayaq şər-böhtan yazan və yazdıranlara, mediadan şər-böhtan vasitəsi kimi istifadə edənlərə etdiyi son xəbərdarlığı xatırladırıq. Əlbəttə, belə “adam”lar əməllərinə görə, qanun qarşısında cavab verməli olacaqlar.

Firdovsi Umudov

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir