AKTUAL manset

AVP- Mətbuat Xidməti Tünzalə İsmayıllı: Allah Orucunuzu Qəbul etsin!

Sharing is caring!

Azərbaycanda milli və dini mərasimlər, hemcinin islam dünyasının ayrılmaz hissəsi olan Ramazan bayramı hər il təntəneli qeyd edilir. Orucluğun sınaqlarından alnıaçıq çıxan möminlerimiz Ramazan günlərini qürur hissi ilə yola salır, bayram sevincini məmnunluqla bölüşürlər.Xalqımızın əmin-amanlığı üçün diləklər edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu əziz bayram günlərində bütün xeyirxah niyyətlərə qosulub, dualarınızın Tanrı dərgahında qəbul olunmasını diləyirəm. Mübarək bayram münasibətilə sizi ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin!

AVP -Mətbuat Xidməti Tünzalə İsmayıllı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir