AKTUAL manset

BAKU. WS saytında “Nəsimi bazarı” tarixə qovuşdu – Bazarın yerində nə tikilir ? başlıqlı yazı ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətinin məlumatı

Sharing is caring!

“Nəsimi bazarı” tarixə qovuşdu – Bazarın yerində nə tikilir ? yazı ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri çərçivəsində Nəsimi rayonu, F.Qasımzadə, M.Qaşqay, Ak.M.Mirqasımov küçələrinin və Azadlıq prospektinin əhatə etdiyi məhəllədə yeni yaşayış binalarının tikintisi “Avrasiya Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.

Şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrindən sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədər həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 15-30% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək yaşayış binasında təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi və digər xidmətlərin göstərilməsi öhdəliyi Rayon İcra Hakimiyyəti tərəfindən MMC-nin üzərinə qoyulmuşdur.

Həmçinin, sözügedən ərazidə yerləşən qeyri-yaşayış sahələrində, o cümlədən “Nəsimi bazarı” ATSC-ə məxsus ərazidə əhaliyə göstərilən xidmətlərin daha yüksək səviyyədə təşkili üçün tərəflər arasında (“Avrasiya Construction” MMC və “Nəsimi bazarı” ATSC) qarşılıqlı razılaşma əsasında işlərin aparılması nəzərdə tutulur.

Əlavə olaraq qeyd edirik ki, “Nəsimi bazarı” ATSC-nin nümayəndəsinin məlumatına əsasən bildiririk ki, ATSC-nin bazarın içərisində icarəyə verdiyi piştaxtalar hazırda günün tələblərinə cavab vermədiyi üçün yenidənqurulması məqsədilə səhmdar cəmiyyət tərəfindən sökülür.