AKTUAL manset

Bu gün 7NEWS.az saytının 5 yaşı tamam oldu – ARAYIŞ

7NEWS.az internet xəbər portalı 2015-ci il, may ayının 20-də fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. “The Seven Media Group”a aid olan 7NEWS.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. 7NEWS.az internet xəbər portalı siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır.
Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.
Beynəlxalq sayğac sistemi olan “Google Analytics”ə görə portala son hər ay 1 milyon ziyarətçi daxil olur. Saytın gündəlik 20 mindən çox izləyicisi vardır. Bundan başqa 7NEWS.az-ın sosial şəbəkələrdə hesabları mövcuddur.
Məlumat üçün qeyd edək ki, 7NEWS.az saytının baş redaktoru internet-media ekspert, 2004-cü ildən mətbuatda imzası olan Səbuhi Abbasovdur.

7NEWS.az















Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir