AKTUAL manset

Prezident Adminstrasiyasında islahatlar: Nağdəliyevin 5 əməkdaşı İŞDƏN ÇIXARILDI

Sharing is caring!

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5 əməkdaşı işdən çıxarılıb.

Xəbəral.az-ın məlumatına görə, şöbənin əməkdaşları – Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və  Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər.

Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdir.

Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir