AKTUAL manset

Nəsimi rayon İcra Hakimiyyətində növbəti videomüşavirə keçirilmişdir-FOTO

Sharing is caring!

Nəsimi rayon İcra Hakimiyyətində növbəti videomüşavirə keçirilmişdir.

Nəsimi rayonunda rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Gülarə xanım Verdiyevanın sədrliyi ilə İcra Hakimiyyətinin məsul əməkdaşlarının və bir qrup rayon könüllülərinin iştirakı ilə videomüşavirə keçirilmişdir. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 01-17 may 2020-ci il tarixlərində keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə videomüşavirə iştirakçılarına geniş məlumatlar verilmişdir. 2018-ci ildən başlanmış islahatların 2020-ci ilin əvvəlindən başlayaraq bütün sahələri əhatə etməsi xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, aparılan kadr islahatları bütün kadrların qarşısına yeni vəzifələr qoyur. Bu günkü kadr islahatlarının əsas xətti onu göstərir ki, korrupsiya ilə mübarizədə hər kəs daha mübariz olmalı və vətəndaş-məmur münasibətləri daha faydalı prinsiplər üzərində qurulmalıdır.
Könüllülərin cəmiyyətimizdə xüsusi yerinin olduğunu vurğulayan natiq respublikamızda, o cümlədən Nəsimi rayonunda da könüllülərdən ibarət təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatlar verdi və könüllüləri rayonun ictimai işlərində daha fəal olmağa çağırdı.
Müşavirədə çıxış edən könüllülər belə müşavirələrin əhəmiyyətini xüsusi qeyd edərək gələcəkdə də rayonun ictimai işlərində fəal iştirak edəcəklərini bildirdilər.