AKTUAL manset

Ağsuda polisdən örnək addım – Foto

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanlar üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə Ağsu rayonunda da qanvermə aksiyası keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Xəbəral.az-a verilən məlumata görə, rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında yerli idarə, təşkilatlarla yanaşı Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları da yüksək həvəslə və könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Aksiya iştirakçıları əvvəlcə həkim nəzarətindən keçirilib, daha sonra onlar qan vermək üçün masalara yaxınlaşıblar.

Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir