AKTUAL manset

Goranboy sakinindən Prezidentə şok müraciət: Bizi bu bəladan xilas edin!

Sharing is caring!

Xəbəral.az  müraciəti olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Goranboy Rayon Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli

oğlu, Musayev Eldar Cabbar oğlu, Xəlilov Zahir Rəfi oğlu və digər şəxslərin

tapdalanmış haqq və hüqüqlarınınbərpası tələbinə dair.

 

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli Cənab Prezident!

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində sizin imzaladığınız qanunlar, fərmanlar, sərəncamlar və Nazirlər Kabinetinin qərarları işləmir. Aqrar islahatdan sonra ərazidə olan pay torpaqları əhaliyə kəm-kəsirlə verilib, yerdə qalan torpaqlar bir qrup tərəfindən ələ keçirilib. Nəticə olaraq, hüquqi sosial dövlət olan Azərbaycan Respublikasının Qızılhacılı qəsəbəsində orta əsrlərin feodalizm quruluşunu yaşayırıq. Bu mafialaşmış, feodal qruplaşmaya Goranboyda Osan ləqəbi ilə tanınan Əhmədov Ehtibar Lətif oğlu rəhbərlik edir. Bələdiyyə inistutu fəaliyyətə başlayan dövrdən bu günədək Osan tərəfindən Bələdiyyə ələ keçirilmiş o vaxtdan 20 il keçməsinə baxmayaraq Bələdiyyə bu gündə fəaliyyət göstərmir. Bunun nəticəsi olaraq əhali sosial haqlardan məhrum olmuş əhaliyə verilməsi nəzərdə tutulan və ümumi istifadə üçün nəzərdə tutulmuş asudə örüş sahələri bələdiyyənin ehtiyat fond torpağı bələdiyyənin büdcəsi parklar meşə zolaqları, elat yolları, zibil tökülməsi üçün ayrılmış yerlər, Tərtər-Goran,Naftalan-Goranboy yollarının kənarlarında dəyəri yüz min manatlarla olan kammersiya məqsədli torpaqlar, Kolxozda əhalinin ümumi mülkiyyətində olmuş fermalar, anbarlar, texnikalar, subartezian quyuları, yeraltı komunikasiya xətləri, Tərtər rayonundan gələn içməli su xətləri Ehtibar Əhmədov və əlaltıları tərəfindən Rayonda birinci müavin işləmiş Ceyhun Həsənovun himayədarlığı məüəmmalı və qaranlıq şəkildə ələ keçirilərək mənimsənilmişdir. Bütün bu mənimsəmə faktı az imiş kimi bu şəxsin 1-ci qrup əlil kimi 300 manat pensiya və saxta Qarabağ Veteranlığı vəsiqəsinə də sahibdir. Kriminal keçmişi olan Ehtibar Əhmədov şantaj və rüşvət vasitəsiylə nə inki Qızılhacılı Bələdiyyəsini illərdir zəbt edib, hətta, Rayonda yüksək vəzifə tutan Ceyhun Həsənov, Yasin Məmmədov, Nemət Qasımov və digərləri onun adamlarıdır. Bütün bu sadaladıqlarım faktların nəticəsi olaraq şəxsimiz başda olmaqla torpaqsız, susuz, komunal və digər sosial haqlardan məhrum olmuşuq. Çünki, torpaq üçün Bələdiyyəyə yox, gərək Osana müraciət edəsən. Su üçün su melarasiya idarəsinə deyil, gərək Osanın əl buyruqçusu Yunusa yaltaqlanasan. Xüsusi qeyd etmək lazımdır ki, Qəsəbə sakinlərinin və şəxsimizin illərdir yazdıqları ərizələr əsasında gələn vəzifəli şəxslər işi qanunlar çərçivəsində deyil, Ehtibar Əhmədovun təsiri və cibinə baxmaqla səthi araşdırır.

Hörmətli Cənab Prezident!

Bu yazdıqlarım işin qısa təfsilatıdır. Ümid varamki, dövlətin qanunlarını heçə sayaraq, dövlət içində dövlət yaradan bu şəxs haqqında tədbir görəsiniz.

İmzalar: Verdiyev Arzu Vəli oğlu

Musayev Eldar Cabbar oğlu

Xəlilov Zahir Rəfi oğlu

Tel: 050664 38 43

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir