AKTUAL manset

Nəsimi rayon İcra Hakimiyyəti qanunsuz ağac kəsilməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sharing is caring!

11 may 2020-ci il tarixdə səhər saat 03-04 radələrində Nəsimi rayonu, Moskva prospekti 74 ünvanın qarşısında yol kənarında naməlum şəxslər tərəfindən qanunsuz olaraq 10 ədəd ağacın kəsilməsi aşkarlanmışdır. Kəsilmiş ağacların 99- GL-041 dövlət nömrə nişanlı “Mersedes” markalı yük avtomobilinə yığılaraq naməlum istiqamətdə daşındığı müəyyən edilmişdir. Törədilmiş qanunsuzluqların araşdırılaraq ciddi tədbir görülməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən dərhal Rayon Prokuroruna və Rayon Polis İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər qurumlara məlumat verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir