Müstəqillik illərində Azərbaycanın xarici siyasəti. Atılan səhv və doğru addımlar. 70 il SSRİ kimi imperiyanın siyasi xətti ilə idarə olunan dövlətlərin müstəqillik əldə etdikdən sonra xarici siyasət xəttini formalaşdırmaq heç də asan olmadı. Ümumi siyasi analizi bir kənara qoyaraq gəlin ilk öncə Azərbaycanın Müstəqilliyinin ilk illərindəki xarici siyasət xəttinə nəzər salaq. Bəs Müstəqil Azərbaycanın xarici siyasət xətti necə formalaşdı? Nəzərə almaq lazımdı ki, müstəqillik illərində xarici siyasət kursuna aid olan kadrların çoxusu SSRİ məktəbi keçmişdi. Əfsuslar olsun ki, onlardan yenicə müstəqil olan ölkəmizin inkəşafı naminə doğru istifadə olunmadı. Əsasən də Xalq Cəbhəsinin hakimiyyəti dövründə. Bunun bir səbəbi də mövcud rəhbərlik ilə peşəkar kadrlar arasındakı şəxsi ədavət idi. Ətraflı yazaraq oxucu kütləsini yormamaq üçün sadəcə bir faktla kifayətlənmək istəyirəm: Vəfa Quluzadə məsələsi: İlk öncə qeyd edim ki, Vəfa Quluzadə Azərbaycanın ən peşəkar xarici siyasət üzrə bilicilərindən biri olub. O, hələ Əbülfəz Elçibəy hakimiyyətə gəlməsindən öncə Prezident Aparatında müşavir işləyib. Heydər Əliyev və Əbülfəz Elçibəy dövründə xarici siyasət üzrə dövlət müşaviri vəzifələrini icra edib. 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalanmasında onun böyük rolu olub. Hələ Elçibəy dövründə ən böyük arzusu ABŞ-a səfir getmək olub. Elçibəy də buna razı olub. Ancaq o dövürdə xarici işlər naziri olmuş Tofiq Qasımovun razılıq verməməsi səbəbindən bu təyinat baş tutmayıb. Belə bir peşəkar kadra qarşı şəxsi ədavət müstəqillik dövründə xarici siyasət üzrə atılmış ən ciddi səhv idi. Ancaq mərhum Prezidentimiz, Ümumilli Lider Heydər Əliyev hakimiyyətə gələndə Vəfa Quluzadə onun təşəbbüsü ilə yenidən aktiv xarici siyasət idarəçiliyinə qaytarıldı. Emosional çıxışlar: Mərhum Əbülfəz Elçibəyin və onun hakim elitasında təmsil olunanların tez-tez səsləndirdikləri, “Türkün Türkdən başqa dostu yoxdur”, “İran ağlını başına yığmalı və Cənubi Azərbaycan məsələsini həll etməlidir”, “Rusiya ilə bizim haq-hesabımız hələ qabaqdadır” kimi diktə formasındakı çıxışları, regionun güclü dövlətlərinə qarşı təhdidlər yenicə müstəqil olan Azərbaycanın həm daxili, həm də xarici siyasətinə ciddi zərbə vurdu və ölkəni beynəlxalq problemlərlə üz-üzə qoydu. Müstəqil Azərbaycanın xarici siyasət xəttinin formalaşması və xarici siyasətin əsas prioritetlərinin qəbul olunması isə mərhum prezidentimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra həyata keçirildi. Bu uzun proses olduğu üçün, və zəngin xarici siyasət xəttini əhatə etdiyi üçün qısaca bəzi faktları qeyd etmək daha məqsədəuyğun olar: 1. 1993-cü ildən başlayaraq daha əvvəl formalaşmış “müştəheblik” və “demokratik utopizmdən” xilas olaraq real praqmatik siyasət formalaşdırıldı. 2. Erməni lobbisi, Rusiya və İranın təzyiqi ilə Azərbaycana qarşı olan siyasi sankisyalar aradan qaldırıldı. ABŞ, Fransa və İngiltərə ilə münasibətlər səhmana salındı. 3. Xarici kəşfiyyat və xəfiyyə orqanlarının Azərbaycandakı fəaliyyəti ciddi nəzarətə götürüldü. 4. Atəşkəs elan olundu. Ordu quruculuğuna başlanıldı. 5. 1994-cü il 20 sentyabr “Əsrin Müqaviləsi” imzalandı. 6. 1994-cü il 4 may Azərbaycan və NATO arasında NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı imzalandı. 7. 1996-cı il 22 aprel Azərbaycan və Avropa birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin imzalanması. Bu siyahını daha da uzatmaq olar. Bütün bu faktlar onu deməyə əsas verir ki, Heydər Əliyev Müstəqil Azərbaycanın xarici siyasət xətrinin qurucusudur.
Oxşar Xəbərlər
Azərbaycanın Xalq artistinə vəzifə verildi
Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub. “Report” xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlov həmin vəzifəyə təyin edilib. Qeyd edək ki, Y.Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun ailəsində anadan […]
Emin Ağalarov Nəcməddin Sadıqovun qızından ayrıldı
Bir müddət öncə nişanlanan Xalq artisti Emin Ağalarovun Azərbaycanın sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqovun qızı Fatimədən ayrıldığı haqda məlumat yayılıb. XəbərAl.az xəbər verir ki, cütlüyün 2020-ci ilin sentyabr ayında nişanlandıqları haqda məlumat yayılmışdı. Emin Ağalarov isə “Fatimə həqiqətənmi mövcuddur” sualına müsbət cavab vermişdi. Buna baxmayaraq, Rusiyadakı mənbələrdən aldığımız məlumata görə, münasibətlər nikahla nəticələnməyib. İddiaya görə, […]
Tarixi oyun: Xankəndidə “Qarabağ” – MOİK matçı keçirilir – YENİLƏNİR + FOTO/CANLI YAYIM
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK matçı başlandı. Oxu.Az xatırladır ki, oyun 35 il sonra Xankəndi şəhər stadionunda keçirilir. Matçdan öncə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Qarabağ” – MOİK oyununu izləmək üçün Xankəndi şəhər stadionuna gəliblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib. Bundan sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi […]