AKTUAL manset

İkinci Dünya Müharibəsi əlili Ağababa İsgəndərov Prezident İlham Əliyevə məktub ünvanladı

Sharing is caring!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!

Möhtərəm Prezidentimiz İlham Heydəroğlu,

Bu gün ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, korrupsiyaya qarşı mübarizə və dünyanı bürüyən koronavirus (COVİD 19) pandemiyası dönəmində həmin virusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər məni bu müraciəti etməyə sövq etdi. Eyni zamanda bildirirəm ki, bu müraciətdə deyilənlər tək mənim yox, həm də Nəsimi rayon Vətən Müharibəsi əlillərinin fikirləridir.

Səmimi olaraq bildirmək istəyirəm ki, bir əsrə yaxın yaşımın olmasına baxmayaraq, heç zaman istər sovetlər dönəmində, istərsə də müstəqillik əldə etdiyimiz illər ərzində bu qədər genişmiqyaslı islahatların şahidi olmamışam. Bütün bunlar bir daha məndə əminlik yaratdı ki, Siz Heydər Əliyev məktəbinin ən layiqli davançısı kimi Ümummilli liderin ideyalarını uğurla və qətiyyətlə həyata keçirirsiniz.

Xüsusi karantin rejimi dövründə 65 yaşdan yuxarı vətəndaşlara Sizin tapşırıq və tövsiyyələrinizlə bütün dövlət qurumları tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşılmış, bütün qaldırdığımız məsələlər operativ surətdə həll olunmuşdur.

Görülmüş təxirəsalınmaz tədbirlərin nəticəsidir ki, koronavirus pandmiyasının ölkəmizdə geniş yayılmasının qarşısı alınmış, sosial qayğıya ehtiyacı olan bütün ailələrə ərzaq bağlamaları və digər yardımlar edilmişdir. Bütün bu tədbirlərin həyata keçirilməsində müstəsna xidmətləri olan Mehriban xanım Əliyevanın zəhmətləri əvəzsizdir.

Belə bir təlatümlü dönəmdə ölkəmizdə aparılan islahatların uğurla davam etdirilməsi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi hər bir Azərbaycan vətəndaşının ürəyincədir. Bildirmək istəyirəm ki, hallalıq olan yerdə bərəkətdə olur. Odur ki, rüşvətxorların cəzalandırılması və tutduqları vəzifədən uzaqlaşdırılması hər birimiz tərəfdən rəğbətlə qarşılanır.

Hörmətli İlham Heydəroğlu,

Bir daha Sizi əmin etmək istəyirəm ki, mən və mənim həmyaşıdlarım həmişə olduğu kimi, indi də Sizin siyasətinizi dəstəkləyir və sağlam düşüncəli bütün gənc nəsli Sizin ətrafınızda birləşməyə çağırırıq.

Dərin hörmət və ehtiramla,

1941-1945-ci illərdə İkinci Dünya Müharibəsi əlili Ağababa İsgəndərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir