AKTUAL manset

Hacıyev DTX-ya nişan verdi: Bu başçı nələr edir? – Sensasiya

Sharing is caring!

Bu gün Bərdə rayonundan bizim rayon təşkilatının sədri mənə elə məlumatlar verdi ki, xəcalət çəkdim.
Xəbəral.az  xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”ın canlı yayımında DTX-nın İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla bağlı danışarkən deyib.
“Kimdir axı Vidadi (Bərdə rayonunun icra başçısı Vidadi isayev nəzərdə tutulur – red.)? Prezident artezian quyularının qazılması üçün pul ayırır, Bərdə İH-dən deyirlər kəndlilərə ki, gedin hərəniz 1000 manat yığın gətirin, sizə artezian quyusu qazaq. Niyə? Axı buna pul ayrılıb? Ayrılan pullar hara gedir?”
H.Hacıyev qeyd edib ki, sözügedən məmurların maşınlarının, villarının hansı pulla alındığı aydınlaşsa, çox şey üzə çıxacaq.
Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi və icra başçısı Vilyam Hacıyev də daxil olmaqla, bir çox vəzifəli şəxslərin saxlanıldığı məlumatı yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir