AKTUAL manset

Tibb işçilərinin nəzərinə! — Nazirlikdən açıqlama

Sharing is caring!

Nazirlər Kabinetinin dünyada yayılmış koronavirusla (COVID-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 04 may 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Bu barədə Xəbəral.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bunu nəzərə alaraq, sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilir.

“Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı tibb işçiləri, fərdi formada, gün ərzində 5 nəfərdən artıq olmayaraq sınaq imtahanlarına və hazırlıq təlimlərinə cəlb edilə bilərlər. Həmçinin, həmin ərazilərdəki tibb işçiləri, eyni qaydada, könüllü olaraq, sertifikasiya imtahanlarında iştirak edə bilərlər. Əlavə məlumat üçün (012) 433-08-93 və (099) 891-50-00 telefon nömrəli ilə əlaqə saxlaya bilərlər” – deyə, məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir