AKTUAL manset

Ağsu rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarının icrası ilə əlaqədar tədbirlər davam etdirilir

Xəbəral.az  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsu rayonunda da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlər, aztəminatlı ailələr diqqət mərkəzində saxlanılır.
Mayın 1-də Ağsu şəhərində təkrarən 10 küçə və rayon Mərkəzi Xəstəxanasının ərazisindəki yollar xüsusi avtomaşın vasitəsilə dezinfeksiyaedici maddələrlə yuyulub, körpülər, bir sıra ticarət və xidmət obyektləri, ödəniş terminalları və bankomatlar dezinfeksiya olunub.
COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına ağsulular tərəfindən də böyük dəstək verilir. Ağsu rayonunda yaşayan bir sıra aztəminatlı ailələrə, o cümlədən bir qrup tənha yaşlı sakinlərə müqəddəs Ramazan ayı, orucluq günlərində müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar verilib. Vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Həmçinin, Rayon icra hakimiyyəti və Polis şöbəsi tərəfindən aparılan məqsədyönlü və zəruri tədbirlər nəticəsində Ağsu rayonunda koronavirusla bağlı xüsusi karantin rejiminin qaydalarına ciddi əməl edilir.

Ağsu rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarının icrası ilə əlaqədar tədbirlər davam etdirilirAğsu rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarının icrası ilə əlaqədar tədbirlər davam etdirilirAğsu rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarının icrası ilə əlaqədar tədbirlər davam etdirilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir