AKTUAL manset

Nəsimi rayon İcra Hakimiyətində onlayn müşavirə keçirilmişdir-FOTO

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Azəraycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi yumuşaldıcı Tədbirlər Planının icrası ilə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tərəfindən operativ onlayn müşavirə keçirilmişdir.

Onlayn müşavirəyə RİHB-nın müavinləri, şöbə müdirləri, RİHB-nın Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, rayon Bələdiyyəsinin sədri və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi qoşulmuşlar.

Koronovirus (Covid 19) epimediyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə müşavirədə RİH Başçısı əhali arasında sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə riayət olunması üçün bütün maarifləndirici işlərin aparılmasına dair müvafiq tapşırıqlar verərək, bu sahədə mütəmadi monitoriqlərin keçirilməsi, təhlillərin aparılması və bu sahədə işin səmərəliliyinin artırılmasının zəruriliyini bildirdi. Aidiyyəti qurumlarla birgə işin təşkilinə önəm verilməsini qeyd etdi.

Nəsimi rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən rayon ərazisində koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbirlər olaraq küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, yaşayış binalarının girişləri, lift kabinələri, məişət tullantıları konteynerlərin dezinfeksiya olunduğu və bu işlərin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən davam etdirildiyi qeyd olundu

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioliji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür

Xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondu tərəfindən rayon ərazisində yaşayan sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq bağlamalarının çatdırılması əhali tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. Rayon ərazisində yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə sosial aksiyalar davam etdirilir. Bu aksiyaların keçirilməsində

obyektivliyin, şəffavlığın təmin edilməsi, neqativ hallara yol verilməzliyin zəruriliyi xüsusi qeyd edildi.

Aksiya çərçivəsində icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.

Müşavirədə iştirak edənlər-Rayon Bələdiyyəsinin sədri Əziz Zeynalov, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elman Yahyayev, RİHB-nın Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri-E.Cabbarov, N.Əhmədov, V.Zeynalov və digərləri çixış edərək, görülən işlər barədə geniş məlumat verdilər.

Müşavirənin yekununda Nazirlər Kabinetinin koronavirus pandemiyasına görə təsdiqlədiyi yumşaldıcı Tədbirlər Planından irəli gələn məsələlərin həlli istimaqətində RİH Başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir