AKTUAL manset

Vüqar Səfərli haqqında şok məlumat: Prezidentin başqasına bağışladığı evi necə ələ keçirib?

Sharing is caring!

Jurnalist Samir Feyruzov  KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərli haqda sensasion xəbər paylaşıb.

Xəbəral.az  xəbər verir ki, o, foto paylaşaraq yazıb:

“Fotodakı şəxs Vəliyev Fariz Əhməd oğludur. O, jurnalistlər üçün tikilmiş birinci binadan 2013-cü ildə “Mövqe” qəzetindən 3 otaqlı mənzil alıb. 2017-c il mart ayının 4-də F.Vəliyev onkoloji xəstəlikdən rəhmətə gedib. Allah rəhmət eləsin! Amma məsələ bunda deyil…

Apardığım araşdırmalar nəticəsində əldə etdiyim dəqiq məlumata görə (faktları sənədlərlə sübut edəcəm), F.Vəliyevə verilən mənzil əlindən geri alınıb. Vüqar Səfərli tərəfindən! Çünki KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli onunla öncədən belə bir razılıq əldə edib: “Mənzili sənin adına alırıq, amma mənimdir, çıxarış alandan sonra “bağışlanma” yolu ilə geri qaytaracaqsan”. Belə də olur. Mənzil başqa bir adamın adına keçirilir. Yəni, mənzil sonda V.Səfərlinin olur.

Bəs F.Vəliyevin əlindən mənzil necə və hansı şəraitdə alınıb? 2017-ci ilin əvvəllərində F.Vəliyevin xəstəliyi daha da şiddətlənir, yatağa düşür. Məsələdən xəbərdar olan V.Səfərli ölüm ayağında olan adamdan mənzili geri alır. 2013-cü ildə F.Vəliyevə verilmiş mənzil hazırda V.Səfərlinindir.

Ağır onkoloji xəstə olan Fariz Vəliyevə bu “saziş”in nəticəsi olaraq vəd olunanlar tam olaraq yerinə yetirilmir. Özünə qapanan adam olduğu üçün heç kimə heç nə danışa bilmir. Dövlət tərəfindən verilən mənzilin heç bir əsas olmadan əlindən alınmasını istəmir. Nəticədə F.Vəliyev öz yaşadığı evdə onkoloji xəstəlikdən dünyasını dəyişir.

Bəs mənzil kimin adına keçirilib? Bu haqda məndə dəqiq ad var, amma həmin şəxsin evi “bağışlanma” yolu ilə əldə etdiyi mənzilin sənədləşmə, hüquqi ünvan və pasport məsələsi ilə bağlı tam araşdırma apardıqdan sonra yenidən məlumat verəcəm.

Məsələni daha dərindən araşdıracam. F.Vəliyevin əlindən alınan ev dərhal ailəsinə qaytarılmalıdır. Məlumatı F.Vəliyevin ailə üzvlərindən dəqiqləşdirmişəm. İş nəzarətə götürülməli və prokurorluq araşdırmalıdır.

Xatırladım ki, “Mövqe” qəzeti V.Səfərlinin özünə məxsusdur”.

Vüqar Səfərli haqda sensasion xəbər: Mənzili necə ələ keçirib?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir