AKTUAL manset

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə Nərimanov rayonunda bir çox tədbirlər görülməkdədir-FOTO

Sharing is caring!

Xəbəral.az xəbər verir ki,Koronavirus (Covid-19) infeksiyasının dünya üzrə elan olunmuş pandemiya dövrü ərzində Respublika əhalisinin maddi-rifah və məşğulluq vəziyyətinin aşağı düşməsinə yol verilməməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə bir çox tədbirlər görülməkdədir.

Geniş tərzdə həyata keçirilən sosial yönümlü tədbirlərin tərkib hissəsi olaraq yaradılmış ödənişli ictimai işlərə Nərimanov rayonunda da maraq yüksəkdir. Belə ki, 1000-ə yaxın sakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə yaradılan ictimai iş yerləri ilə təmin olunmaq üçün Nərimanov rayon Məşğulluq Mərkəzinə müraciət etmiş, bunlardan 514 nəfər işsiz vətəndş aylıq məvacibləri ödənilməklə ictimai işlərə cəlb olunmuşdur. İşə götürülmüş şəxslər əsasən rayon ərazisində mövsümi abadlıq, yaşıllaşdırma və ümumi təmizlik işləri ilə məşğuldurlar. Həmçinin rayonda aktiv aparılan dezinfeksiya işlərinə və aztəminatlı ailələrə ərzaq yardımının paylanmasına da cəlb olunmuşlar.

Onu da qeyd edək ki, karantin rejimində bu günə qədər rayonun aztəminatlı ailələrinə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, rayon İcra Hakimiyyətinin birbaşa dəstəyi və təşkilatçılığı ilə 5000-ə qədər bu kimi ərzaq yardımları ünvanlarına çatdırılmışdır.

Bütün bu işlər Ölkə rəhbərliyinin, müxtəlif dövlət strukturlarının insanlara real diqqəti və qayğısı nümunəsi olaraq, sakinlərimizdə böyük məmnunluq və minnətdarlıq hissi oyatmışdır.

Karantin rejimi dövründə iş yerlərini itirmiş sakinlər ödənişli ictimai işlərə cəlb olunmaları üçün İcra Hakimiyyətinin qaynar xətti ilə (1643) əlaqə saxlaya bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir