AKTUAL manset

Nərimanov rayonunda ehtiyacı olan sakinlərə növbəti ərzaq sovqatı paylanıb-FOTO

Sharing is caring!

Xəbəral.az xəbər verir ki,Nərimanov rayonunda Rayon İcra Hakimiyyəti tərəfindən karantin rejimi dövründə tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Belə ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən karantin rejimi dövründə MKİS-lərin də iştirakı ilə müəyyən edilən, evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı, tənha yaşayan, imkansız növbəti 300 ailəyə rayonda fəaliyyət göstərən sahibkarların da dəstəyi ilə ərzaq məhsullarından ibarət yardım paylanılıb. Ümumilikdə karantin rejimində rayonda yaşayan ehtiyacı olan 3.000-dən artıq ərzaq yardımı göstərilmişdir.

Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun gənc könüllüləri yardımların göstərilməsi ilə yanaşı, vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə sakinlərə məlumatlar verilib. Sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış ödənişli ictimai iş yerləri ilə bağlı ətraflı məlumatlar verilmiş, işlə bağlı müraciət qaydaları izah edilmişdir.

Həmçinin koronavirusa qarşı mübarizə tədbirlərinin bir hissəsi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə birgə rayonun küçələri, səkiləri, ödəmə terminalları və bankomatları, yaşayış binalarının həyətləri, girişləri, pilləkən qəfəsləri, liftlərində mütəmadi dezinfeksiya işləri aparılır.

Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə Nərimanov rayon İcra Hakimiyyətində yaradılmış Operativ qərargahın bu gün onlayn müşavirəsi keçirilmişdir. Rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin sədrlik etdiyi Operativ qərargahın üzvləri – icra hakimiyyəti müavinləri və şöbə müdirləri, rayon Gigiyena və Epidemologiya Mərkəzinin rəisi, rayon Bələdiyyəsinin sədri, rayon Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri, RİH SİƏD üzrə nümayəndələri görülən işlərlə bağlı hesabat vermiş, Nazirlər Kabineti yanında Operativ qərargahın verdiyi tələb və tövsiyyələrin icra vəziyyəti müzakirə edilmiş, qarşıda görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilmidir.

Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən bu həssas dövrdə evdə qalmalarını, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələrini, həmçinin sakinlərdən yaranmış hər hansı bir probləmlə bağlı 1643 qaynar xəttinə müraciət etmələrini xahiş edir.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir