AKTUAL manset

Tərtərin İcra Hakimiyyətinin Başçısı Karantin Rejimini Sərt Şəkildə Pozdu-Foto

Sharing is caring!

Bildiyiniz kimi,dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Bu müddət ərzində: 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilib.Sözügedən Xəstəliklə bağlı Azərbaycanda xeyli qabaqlayıcı və marifləndirici tədbirlər görülüb ki,buna görə də inkişaf etmiş ölkələrə nisbətən Azərbaycanda bu xəstəliyin qarşısı daha tez alınmaqdadır.

Buna baxmayaraq dövlət tərəfindən tətbiq edilən karantin rejimini pozmağa cəhd göstərən məmurlar da az deyil. Buna misal olaraq bir neçə gün öncə İsmayıllı rayonuna yeni təyin olunmuş icra hakimiyyətinin başçısı Nahid Bağırova karantin rejimin pozduğuna görə töhmət verilməsini numunə göstərmək olar.

XəbərAl.az xəbər verir ki, Nahid Bağırovun töhmət almasına səbəb karantin dönəmində hiking turunda iştirak etməsi olub. Sosial şəbəkədə yayılan videodan göründüyü kimi, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov yeni ekoturizm layihəsini yerində dəyərləndirib öz məsləhətlərini vermək üçün Qalacıq kəndinə gedib. O, layihəni qiymətləndirmək üçün hiking turunda iştirak edərək marşrutu şəxsən özü sınaqdan keçirib. İcra başçısı hikinq turuna çıxmaqla yeni layihəyə dəstək vermək istəsə də, əslində onun atdığı addım ölkədə tətbiq edilən karantin rejimini pozub. Məhz bu səbəbdən də onun töhmət edildiyi deyilir.

Bu hadisədən iki gün sonra Tərtərin icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin rejimini pozub. Belə ki, dünən müğənni Zenfira İbrahimovanın həyat yoldaşı idmançı Anar Heydərov öz şəxsi instagram səhvəsində Tərtərin icra başçısı Müstəqim Məmmədovla yanaşı,səmimi şəkilini paylaşaraq icra başçısı onu qəbul etdiyi üçün öz minnətddarlıq hissini bildirib. Şəkildə açıq aydın görünür ki, hər iki şəsin ağzlarında nə qoruyucu maska, nədə əllərində əlcək var.Ara məsafələridə çox yaxın.

Xəbəral.az saytına verilən məlumata görə İdmançı Anar bir neçə gündür Tərtər rayonunda az təminatlı ailələrə ərzaq yardımı paylayır. Həmin səmimi fotonu sizlərə təqdim edirik:

Çox güman ki, Azərbaycanda tətbiq olunan karantin rejimini sərt şəkildə pozan Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov öz layiqli cəzasını yaxın günlərdə alacaqdır. Məsələni nəzərimizdə saxlayacayıq.

Qarşı tərəfi dinləməyə mövqeylərini dərc etməyə hazırıq.

Hazırladı:Mirismayıl Xələfli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir