AKTUAL manset

Zərdab RİH tərəfindən 500 aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb-FOTO

Sharing is caring!

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Zərdab rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.
Qanunla.az xəbər verir ki,Aprel ayının 24-də Zərdab Rayon İcra Hakimiyyətinin başcısı Mərdan Camalzadənin təşəbbüsü ilə Ramazan ayının başlanması ilə əlaqədar və xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən,şəhid ailələrinə, qarabağ müharibəsi əlillərinə, eləcə də aztəminatlı ailələrə yardım aksiyası keçirilib. Rayon icra hakimiyyətinin əməkdaşları yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı və imtiyazlı 500 ailəyə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar. Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib.Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və icra başcısı Mərdan Camalzadəyə minnətdarlıqlarını bildiriblər.Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşları, həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir