AKTUAL manset

Göyçayda karantini pozan şəxslər həbs olundu

Sharing is caring!

Göyçay rayonunda karantin rejimini ciddi şəkildə pozan 2 nəfər rayon sakini həbs olunub.

XəbərAl.az  xəbər verir ki, koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan gücləndirilmiş karantin rejiminə regionlarda yaşayan bəzi vətəndaşlar tərəfindən əməl olunmur və onlar polislər tərəfindən qanuna müvafiq qaydada cərimələnirlər.

Təkcə bu gün ərzində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini kobud şəkildə pozan 17 nəfər rayon sakini barəsində cərimə tətbiq ediblər. Onlardan 2 nəfər rayon sakini məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub.

Rayon polis şöbəsinin əməkdaşları reydlər zamanı insanlara səslənərək evdən çıxmamağa karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.

Hazırda Göyçay rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir