Bakı Şəhər Prokurorluğunda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Xeberal.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Bakı Şəhər Prokurorluğunun inzibati binasının foyesində müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra […]
Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının Dövlət Mükafatlarının verilməsi haqqında” fərman imzalayıb. XəbərAl.az xəbər verir ki, V.Putinin fərmanı rəsmi hüquqi məlumatlar portalında dərc olunub. Fərmana əsasən, Azərbaycan əsilli iş adamı, “Kievskaya Ploşad” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Qod Nisanovu Sovet Əsgərinə Rjevsk memorial kompleks layihəsinin həyata keçirilməsindəki xidmətinə görə “Xeyirxah əməllərə görə” fərqlənmə nişanı ilə təltif olunub.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında insident yaşanıb. “CNN TÜRK” xəbər verir ki, deputatlar əlbəyaxa olublar. Belə ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Engin Özkoçun çıxışı Ədalət və İnkişaf Partiyasından (AKP) olan həmkarlarının xoşuna gəlməyib. AKP-li deputatların etirazından sonra iclasa fasilə verilib. Fasilə zamanı isə AKP və CHP-dən olan deputatlar əlbəyaxa olublar. Ankara Prokurorluğu […]