AKTUAL manset

Zərdab rayonunda”Biz Birlikdə Güclüyük”xeyriyyə aksiya çərçıvəsində 100 aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb-FOTO

Sharing is caring!

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanılır.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə respublikamızın hər yerində olduğu kimi,Zərdab rayonunda da birmənalı şəkildə əməl olunur, rayon ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi ilə yanaşı aztəminatlı ailələrə köməklik göstərilməsi ilə bağlı sosial aksiyalar həyata keçirilir.
Qanunla.az xəbər verir ki, ”Biz Birlikdə Güclüyük”xeyriyyə aksiya kollektivi rayonda yaşayan ahıl, tənha şəxslərə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanılmış, eyni zamanda onlarla maarifləndirici söhəbtlər aparılmış və xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilmişdir.Yardım aksiyası çərçivəsində ümumilikdə rayon və kəndlərində 100 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Qeyd edək ki, imkanlı insanların dəstəyi sayəsində, xüsusi karantin rejim müddəti bitənə qədər ”Biz Birlikdə Güclüyük” xeyriyyə aksiya çərçıvəsində aztəminatlı ailələrə həmin yardımın verilməsi davam edəcək.










Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir