AKTUAL manset

Nərimanov rayonunda ehtiyacı olan sakinlərə növbəti ərzaq sovqatı paylanıb

Sharing is caring!

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları paylanılıb.

Rayon ərazisində fəaliyyət göstərən tikinti şirkətləri, sahibkarlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına dəstək olaraq aztəminatlı ailələrə yardımların göstərilməsi prosesində aktiv iştirak edirlər.

Aksiyası çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən karantin rejimi dövründə MKİS-lərin də iştirakı ilə müəyyən edilən, evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı, tənha yaşayan, imkansız, ehtiyacı olan 1500 nəfərdən artıq ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb.

Bu gün isə aksiyaya qoşularaq, 300-dən artıq ərzaq paylarının ünvanlara çatdırıması prosesini 166 – Yükdaşıma xidməti təmənnasız olaraq həyata keçirmişdir.

Ərzaq paylarını qəbul edən vətəndaşlar ölkə rəhbərliyinə maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun gənc könüllüləri eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən bu həssas dövrdə evdə qalmalarını, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələrini xahiş edir.

Rayon İcra Hakimiyyəti sakinlərdən yaranmış hər hansı bir probləmlə bağlı 1643 qaynar xəttinə müraciət etmələrini xahiş edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir