AKTUAL manset

Karantin rejimi uzadılır – Rəsmən elan edildi

Sharing is caring!

Vətəndaşlara müraciət edirik ki, karantin rejimi qaydalarına əməl etsinlər. Əks epidemik naliyyətin davam etməsi baxımından bu vacibdir.

XəbərAl.az  xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

“Əks halda pik yoluxma halları baş verə bilər. Karantin rejimi tətbiq olmasaydı, biz acınacaqlı mənzərənin şahidi ola bilərdik.

Xəstələrin sürətlə artması xəstəxanalarda yer olmamasına səbəb ola bilər. Biz inkişaf etmiş ölkələrdə bu hallarla rastlaşdıq”

O qeyd edib ki, epidemoloji problemə görə yoluxma arta bilər, bütün tədbirlər görülməlidir:

“Düşmənin bizə bir nəfəs qədər yaxın olduğunu qarşıdakı bir il ərzində unutmamalıyıq. Karantin müddətinin uzadılması üçün Operativ qərərgaha müraciət hazırlayırıq. Karantin rejimindən çıxma qaydaları da bu müraciətdə yer alacaq. Karantin rejimindən çıxdıqdan sonra belə xəstəliyin inkişafı təhlilllərdən sonra üzə çıxacaq. Tədbirlərin yenidən sərtləşdirmə ehtimalını unutmamalıyıq. Təkrar sərt karantin rejiminə keçməmək üçün bu qaydalara əməl etməliyik. Yaxın bir il ərzində həyat tərzinizi dəyişmək vacibdir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir