XəbərAl.az xəbər verir ki,Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili, yazar Qənirə Paşayevanın rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi Tovuz Gənclər Evi ilə birgə “Evdə qal, kitab oxu”aksiyası həyata keçirib. Aksiya çərçivəsində 70 gəncə və o cümlədən rayonda fəaliyyət göstərən Gənclər evinin 60 nəfər könüllüsünə kitablar, o cümlədən koronavirus pandemiyasından qorunmaq məqsədilə tibbi gigiyenik ləvazimatlar göndərilib. Aksiya çərçivəsində göndərilən kitablar gənclərin evdə qaldıqları bu həssas dönəmdə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirmək məqsədi daşıyır. Kitablar Azərbaycan tarixini, qəhrəmanlığını özündə əks etdirən romanları, tanınmış yazarların əsərlərini əhatə edir
Oxşar Xəbərlər
Tərtərdə erməni qəbiristanlığını çəkən çeçen saxlanılıb
Bu gün axsam saatlarında Tərtər rayonunun Bəyimsarov kəndində Çeçenistan vətəndaşı saxlanılıb. XəbərAl.az xəbər verir ki, əcnəbi kənddə yerləşən köhnə erməni qəbiristanlığını çəkərkən Tərtər rayon İctimai Təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Onun yanında Naftalan şəhərindən olan bələdçi də olub. Saxlanılan şəxs Çeçenistandan Naftalana istirahətə gəldiyini, erməni dostunun xahişi ilə qəbiristanlığı çəkdiyini bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.
İşğaldan azad olunmuş ərazilərdə ağac əkini davam edir
İşğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayonda xidməti vəzifələrinin icrasına başlayan Daxili İşlər, Müdafiə Nazirlikləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə Şərq çinarları əkilib. Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar, əsasən […]
Rusiyada qan donduran hadisə: 17 yaşlı ana uşağını pəncərədən atdı
Rusiyanın Voronej şəhərində yeni doğulmuş oğlunu pəncərədən atan 17 yaşlı qıza qarşı cinayət işi açılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb. 17 yaşlı qız diri, normal körpə dünyaya gətirib və dərhal ondan xilas olmaq qərarına gəlib. Gənc ana çox düşünmədən körpəsini dördüncü mərtəbədən yerə atıb. İki gün sonra […]