AKTUAL manset

Millət vəkili Qənirə Paşayevadan DAHA BİR GÖZƏL TƏŞƏBBÜS- “Evdə qal, kitab oxu”

Sharing is caring!

XəbərAl.az xəbər verir ki,Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili, yazar Qənirə Paşayevanın rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi Tovuz Gənclər Evi ilə birgə “Evdə qal, kitab oxu”aksiyası həyata keçirib. Aksiya çərçivəsində 70  gəncə və o cümlədən rayonda fəaliyyət göstərən Gənclər evinin 60 nəfər könüllüsünə kitablar, o cümlədən koronavirus pandemiyasından qorunmaq məqsədilə tibbi gigiyenik ləvazimatlar göndərilib. Aksiya çərçivəsində göndərilən kitablar gənclərin evdə qaldıqları bu həssas dönəmdə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirmək məqsədi daşıyır. Kitablar Azərbaycan tarixini, qəhrəmanlığını özündə əks etdirən romanları, tanınmış yazarların əsərlərini əhatə edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir