AKTUAL manset

16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədov bu gün şəhid ailələrini ziyarət edib-FOTO

Sharing is caring!

16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədov bu gün şəhid ailələrini ziyarət edib. Əvvəlcə 1-ci Alatavada 20 Yanvar şəhidi Qəniyev Mirzə Rzabala oğlunun ailə üzvlərilə görüşən R.Əhmədov, növbəti görüşünü 13-cü Nərimanov döngəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş Əskərov Əziz Əzizağa oğlunun ailə üzvlərilə keçirib. Görüşlərdə R.Əhmədov, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğıdan danışıb, onları narahat edən məsələlərə dövlətin daim diqqət göstərdiyini qeyd edib. Şəhidlərimizin ailə üzvləri ilə səmimi söhbət apan deputatlığa namizəd şəhidlərimizin heç vaxt unudulmayacağını vurğulayıb: “Biz onların ruhu qarşısında baş əyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir