AKTUAL manset

Ağsuda 20 Yanvar şəhidləri anıldı – Ayaz Qocamanov Şəhidlər Xiyabanını ziyarət etdi – FOTOLAR

Sharing is caring!

Bu gün 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə namizəd Ayaz İlyas oğlu Qocamanovun seçki qərargahında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə izdihamlı tədbir keçirilib. Namizədin seçki qərərgahından Bizimxeber.az-a verilən məlumata görə, 100-lərlə rayon sakininin qatıldığı tədbirdə Ayaz Qocamanov çıxış edib.

A.Qocamanov bildirib ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi.

Amma bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu. 30  il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır”.

“Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf zirvəsidir» deyən A.Qocamanov  20 Yanvar şəhidlərinin qəhrəmanlığını Azərbaycan xalqı, gəncləri üçün bir örnək adlandırıb: “Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. 20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir”.

Daha sonra Ayaz Qocamanov əlavə edib ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü həm də Azərbaycanda keçirilən növbədənkənar palament seçkilərinin təşviqat günlərinə təsadüf edir: “Bu gün 20 Yanvar şəhidləri abidəsini yürüş şəklində ziyarət etməyimiz məni çox qürurlandırdı.

Mənimlə bu ziyarətə qatıldığınız üçün təşəkkür edirəm. Bu ziyarət mənim üçün təşviqat hesab olunmur. Bu bir ziyarətdir və mən əmin oldum ki, biz bir yerdə ola bilərik. Və Ağsunun inkişafı üçün birğə mübarəzə apara bilərik”.

Daha sonra 100-lərlə rayon sakini Ayaz Qocamanovun iştiraskı ilə 20 Yanvar abidə kompleksini və  Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxunub.