AKTUAL manset

9 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!…

Ötən yazılarımızda 9 saylı Binəqədi II seçki dairəsində YAP-ın namizədi olan Kəmaləddin Qafarovla bağlı qısa məlumat vermişdik. Məqaləmizin dərcindən sonra adıçəkilən ərazidən olan seçicilər redaksiyamıza telefon açaraq müxtəlif səpkili şikayət və iradlarını bildirdilər. Kəmaləddin Qafarovun nədən seçicilər tərəfindən qınaq obyektinə çevrilməsi barədə gələn yazılarımızda ətraflı məlumat verəcəyik. Seçicilərin müəyyən qismi ilə görüşlərimiz, apardığımız araşdırmalar və təhlillər onu deməyə əsas verir ki, 9 fevralda 9 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizənin şahidi olacağıq. Müxtəlifn mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, Kəmaləddin Qafarov seçki günü baş verə biləcək gözlənilməz nəticələrin qarşısını almaq üçün indidən bütün siyasi və maddi resurslarını işə salıb.

9 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...

Kəmaləddin Qafarov

Seçicilər arasnda nüfuzunun olmaması, eləcə də barəsində yayılan informasiyalara münasibət bildirməməsi səbəbindən qeyri-müəyyən situasiyanın yaranması K.Qafarovun ciddi başağrısına çevrilib. K.Qafarovu narahat edən digər məqam ondan ibarətdir ki, seçilmək istədiyi dairədən daha bir namizədlə qarşılaşıb. Apardığıız araşdırmalar zamanı məlum oldu ki, Ulu Öndər Heydər Əliyevin sadiq silahdaşı, YAP-ın tarixində sədaqəti və fəaliyyətilə bu günə qədər nüfuzunu qoruyub saxlayan, barmaqla sayılacaq ictimai-siyasi xadimlərdən biri olan mərhum Abbas Mustafayevin oğlu Orxan Mustafayev də K.Qafarovla eyni dairədə mandat uğrunda mübarizə aparacaq. Seçicilər arasında güclü nüfuza malik olan Orxan Mustafayevin YAP-çı və oliqarx namizədin ciddi rəqibinə çevrilmək şansı daha böyükdür. Müstəqil namizəd kimi seçkilərə qatılan Orxan Mustafayev digər namizədləri müxtəlif parametrlərdə üstələməyi bacarıb. Hər halda seçicilərlə müxtəlif formatlarda görüşlərimiz və söhbətlərimiz zamanı ortaya çıxan nəticə bunu deməyə əsas verir.

9 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...

Orxan Mustafayev

Bir sözlə, 9 saylı Binəqədi II seçki dairəsində seçki gününün müəyyən gərginliklərlə zəngin keçəcəyi müşahidə olunacaq. Məlumat üçün bildirək ki, K.Qafarov seçki qanunlarını pozaraq, sosial şəbəkələrdə və eyni zamanda öz tərəfdarları vasitəsilə bir müddət əvvəldən təbliğat və təşviqat kampaniyasına start verib. Bu halları sübut edən məqalələr mətbuatda yer alsa da, MSK tərəfindən baş verənlərə münasibət bildirilməyib. Ən kiçik bəhanələrlə namizədləri qeydiyyata almaqdan imtina edən MSK nədənsə Kəmaləddin Qafarovla bağlı olan ciddi məlumatlara susqunluqla reaksiya verir. Baş verənlər bir daha sübut edir ki, oliqarx deputat növbəti dəfə bu dairədən seçilməkdə israrlıdır. Bir tərəfdə siyasi güc və nəhəng maddi dayaqlar, digər tərəfdə isə seçicilərin gücünə arxalanan müstəqil namizəd.
9 feavralı gözləməyə dəyər. Bizi izləyin!