AKTUAL manset

Qaradağ icra başçısı keçmiş mərhum döyüşçünün ailəsinin mağazasını əlindən alıb get-gələ saldı- Şikayət

Sharing is caring!

Xəbəral.az sayıtı xəbər verirki,bir neçə gün öncə Qaradağ rayon Sahil qəsəbə sakini Talıbova Zərifə Rafiq qızı redaksiyamıza məktub yazaraq, Qaradağ icra hakimiyyətinin başçısı Süleyman Mikayılov,onun mərhum həyat yoldaşı vaxtı ilə hüquq mühavizə orqanlarında işləyən və sonralar 1992-1994-cü illərdə Qarabağ da gedən döyüşlərdə iştirak edən Talıbov Bəhruz Firuddun oğluna dövlət tərəfindən verilmiş fərdi qarajın tikilməsi üçün ayrılmış torpaq sahəsinin onların əlindən alınması və hələ də onlara verilməməsi ilə bağlı müraciət etmişdir.

Müraciət də Zərifə Talıbova bildirir ki,həyat yoldaşı Qarabağ döyüşçüsü, lakin 23 aprel 2013-cü ildə avtomabil qəzasında dünyasını dəyişmiş, Bəhruz Talıbova 28 avqust 1998-ci il Azərbaycan respublikası Nazirlər kabinetinin “həyətyanı torpaq sahələrinin nizamlanması”10.06.1987-ci tarixli 301 saylı qərarına və Baki şəhər icra hakimiyyətinin başçısının 08.05.1992-ci il tarixli 662 saylı sərəncamına əsaslanaraq Qaradağ rayon icra başçısına mərum ərim Talıbov Bəhruza Sahil qəsəbəsində fərdi qarajın tikintisi üçün (6×4) və 24 kv metr torpaq sahəsinin ayrılması və tikintisi üçün icazə verilmişdir.Ayrılmış torpaq hissəsində zərurət üzrə Qaradağ İcra Hakimiyyətinin razılığı əsasında 12 kv metrini (3×4) formasında mağaza tikmişik.2013-cü il tarixədək mağazada qanuni ticarət fəaliyyəti ilə məşqul olub ailəmizi dolandırmışıq.

Qaradağ icra başçısı Süleyman Mikayılovun şəxsi maraqları üzündən yani bizə dövlət tərəfindən verilən ərazini qarşılıqlı pul ilə satması məni və üç övladımı 4 ildən artıqdır ki,çörəksiz qoyub süründürür.Artıq bir neçə vaxtddır ki,icra başçısı Süleyman Mikayılovun qəbuluna yazılsaqda min bir bəhanə gətirilərək icra başçısı bizi qəbul eləmir.Onun yerinə İH-nin müavinləri bizləri qəbul edib müxtəlif vədlərlə yola verirlər.Qaradağ sakini Zərifə Talıbova Dəfələrlə Qaradağ icra hakimiyyətinə və Prezident Administrasiyasına qəbul üçün müraciət etsədə cavabda bildirilib ki, güya bizə hardasa müəyyən olunmuş yerdə tikili mağaza təklif olunur amma biz razılaşmırıq.Halbuki, bizə qarşı laqeyitlik və ayrı seçkilik var müraciətlərimiz Qaradağ icra başçısı tərəfindən baxımsız və cavabsız qalır.

4 ildir ki,Zərifə xanım mərhum yoldaşının adına olan pensiya pulları ilə dolanır.Mağazaları söküldükdən sonra maddi ehtiyaca görə borca girərək,əsəbdən psixaloji xəstəlik tapıb.Qaradağ icra hakimiyyəti tərəfindən bizə bürokratik əngəl yaradılır. Hansı ki,Qaradağ İcra hakimiyyəti tərəfindən məsələ dəfələrlə araşdırılıb başçının birinci müavini Emil Abbasov Zərifə Talıbovaya rəsmi cavab verililmişdir ki, əvvəlki mağazanın yerinə başqa yerdən yani özlərinə sərf edən kimi istifadəyə yararsız ərazidən mənə yer verilsin lakin mən razılaşmamışam.

İnanırıq ki,Qaradağ rayonu icra hakimiyyəti və aidiyyatı qurumlar neçə illərdir əziyyət çəkən mərhum Qarabağ döyüşçüsünün həyat yoldaşı və övladları dövlət tərəfindən verilmiş öz şəxsi mağazalarını və mağaza yerlərinə yenidən sahib olmaq üçün öz əllərindən gələn köməkliyi edib, başsız bir ailəni sevindirəcəklər.Çoxgüman ki,Xəbəral.az saytında dərc olunacaq məlum yazıdan sonra Qaradağ icra hakimiyyətinin rəsmləri başda icra başçısı Süleyman Mikayılov başda olmaqla öz şəxsi maraqlarını bir kənara qoyub cənab prezident İlham Əliyevin tövsiyyə etdiyi kimi vətəndaş maraqlarını üstün tutub (6×4), 24 kv metir olan mağaza və mağaza yerini Qaradağ sakini keçmiş mərhum döyüşçünün həyat yoldaşı Zərifə Talıbovaya və onun övladlarına qaytaracaq.

Qarşı tərəfi dinləməyə və mövqeylərini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir