AKTUAL manset

Azər Həsrətin deputatlığa namizədliyi qeydə alındı

Sharing is caring!

Yanvarın 8-də 55 saylı Xaçmaz şəhər seçki dairəsinin Dairə Seçki Komissiyası Əməkdar jurnalist Azər Həsrətin deputatlığa namizədliyini rəsmiləşdirib. O, bununla bağlı sosial mediada paylaşdığı qeyddə xəbər verib: “Dostlar, artıq 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyim rəsmən qeydə alındı. Bu gündən etibarən təşviqat hazırlıq işlərinə başlayırıq. Əlbəttə, yanımızda olan xeyli insan var. Lakin seçki elə bir mərhələdir ki, burada insanların çoxluğu yalnız işin xeyrinədir. Ona görə də bundan sonrakı mərhələni bizimlə işləmək istəyənlərlə davam etdirəcəyik”.

Deputatlığa namizəd daha sonra xatırladıb ki, 2020 Prezident İlham Əliyev tərəfindən “Könüllülər ili” elan edildiyi üçün o da bu önəmli siyasi kampaniyada gənc könüllülərlə işləməyə üstünlük verəcək: “Özəlliklə də gənclərə-könüllülərə şans vermək istəyindəyik. Həm də nəzərə alaraq ki, hörmətli Prezident İlham Əliyev 2020-ni “Könüllülər ili” elan edib, üstəlik, bizim də bu işdə ciddi təcrübəmiz var, birlikdə böyük işlər görə bilərik”.

Qeyd edək ki, deputatlığa namizəd Azər Həsrət özünün siyasi təcrübəsi, beynəlxalq platformalarda Azərbaycanı uğurla təmsil etməsi, xarici dillərdə sərbəst danışması ilə fərqlənir. O, seçkidə iştirak qərarı verərkən də bəyan etmişdi ki, məhz hazırlıq səviyyəsini və Prezident İlham Əliyevin islahat kursuna sadiqliyini əsas tutaraq bu siyasi kampaniyada iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir