AKTUAL manset

93 saylı Bərdə Seçki Dairəsindən Xəyalə Əhmədovanın Deputatlığa namizədliyi qeydə alındı

Sharing is caring!

93 saylı Bərdə Seçki Dairəsindən Deputatlığa namizəd Xəyalə Əhmədova. İxtisasca hüquqşünas olan Xəyalə Əhmədova içtimaiyyət arasında əsasən xeyriyyəçilik fəaliyəti ilə tanınıb.

XəbərAl.az xəbər verir ki,əslən Qarabağlı- Bərdəli olan Xəyalə Əhmədova hər zaman vətənpərvərliyi təbliğ etmiş, daim maddi və mənəvi dəstəyi ilə şəhid ailələrinin, Qarabağ qazilərinin yanında olmuşdur.Xüsusilə sağlamlığı məhdud insanlar, valideyn himayəsindən uzaq düşmüş uşaqlar və atılmış qocalar Xəyalə Əhmədovanın diqqətindən uzaqda qalmamışdır. Bütün fəaliyətində yalnız dövlətimizə və dövlətçiliyimizə arxalanan Xəyalə Əhmədova cənab prezidentimiz İlham Əliyevin sərəncam və qərarlarına söykənmiş, atdığı addımlarda birinci vitse-prezident Mehriban Əliyevanın yolunu tutmuş və fəxrlə onun davamçısı olaraq müasir Azərbaycan qadınını tərənnüm etmişdir. Xəyalə Əhmədovanın yalnız bir arzusu var- Azərbaycanımızın daha da güclənməsi, xalqımızın rifahının günü-gündən yaxşılaşması, cənab prezidentimizin ətrafında sıx birləşərək Azərbaycanın müstəqilliyini daim qorumaq. Seçicilərinin önünə bu amalla, bu arzu ilə çıxacaq deputatlığa namizəd Xəyalə Əhmədovaya uğur arzulayırıq. Xəyalə Əhmədovanın üç ali təhsili var. Ailəlidir. İki oğlu var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir