AKTUAL manset

Elman Məmmədov Füzuliyə icra başçısı göndərilir – İDDİA

Mədəniyyət və Turizm Nazirliyinin Kürdəmir Regiona Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədovun yaxın günlərdə Füzuli rayonuna icra başçısı vəzifəsinə təyin ediləcəyi gözlənilir. Bu barədə RealMedia.az-a verilən məlumatlarda bildirilir. Verilən məlumatlarda qeyd olunur ki, artıq Elman Məmmədovun şəxsi işi Prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin masası üzərindədir. Və yaxın günlərdə prezidentə təqdim olunacaq.
Elman Məmmədovun Füzuli rayonuna icra başçısı vəzifəsinə təyin olunmasına gəlincə, məndə vurğulayır ki, bu işdə ona Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev havadarlıq edir. 
Məhz Əbülfəs Qarayevin idarə rəisini adıçıkilən rayona icra başçısı təyin olunması üçün yuxarılarla anlaşdığıda vurğulanır. Bu üzdən də yaxın günlərdə Elman Məmmədovun Füzuli rayonuna icra başçısı təyin olunması gözləntiləri qaçılmazdır.

Qeyd edək ki, Elman Məmmədov Kürdəmir Regiona Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilməzdən əvvəl Füzuli rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb.