AKTUAL manset

Xədicə İsmayılovanın “stəkanda fırtına” araşdırması

Sharing is caring!

Xədicə İsmayılovanın “stəkanda fırtına” araşdırması
XəbərAl.az xəbər verir ki,son vaxtlar qeyri-leqal yolla əldə edilmiş və yoxlanılması mümkün olmayan bəzi kommersiya və bank məlumatlarının ictimailəşdirilməsi kanalı qismində maraqlı xaric dairələrin əl-buyruqçusu olan, “araşdırmaçı-jurnalist” statusu və “şəffaflıq fədaisi” titulunu qazanmağa çalışan Xədicə İsmayılovanın sonuncu “qurbanı” Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Zeynəb Xanlarova olub. O Zeynəb Xanlarova ki, hələ Sovet əsarətində olduğumuz zaman Azərbaycan xalqını dünyada təmsil edib. Milli musiqimizi və mədəniyyətimizi beynəlxalq aləmdə tanıdıb. Xalqımızın sadə insanlarının sevimlisi olub. Sərt Sovet üsul-idarəsi dövründə də, cəmiyyətimiz sadə azərbaycanlı ailəsinin nümayəndəsi kimi məhz Zeynəbi digər mədəniyyət xadimlərindən fərqləndirib, “özününkü” kimi qəbul edib.
Həmin sovet dövrünün vəzifəli hökumət məmurunun ailəsində doğulmuş, uşaqlıq və yeniyetməlik çağlarında müəyyən “ailə sindromu” yaşamış, sonradan isə xarici donor təşkilatlarının “qara pulları” hesabına “tanınmış” Xədicə İsmayılova özünün ənənəvi son “araşdırması” ilə ABŞ-da “Zeynəb Xanlarova adına Fond”u aşkar edib. O, bu “cızma-qarası” ilə Birləşmiş Ştatlarda hesabat belə tələb edilməyən kiçik məbləğin – 10 min ABŞ dollarının bakılı dağ yəhudisi Davud Yusubov tərəfindən köçürülməsi faktı əsasında bu fondun çirkli pulların yuyulması kanalı kimi istifadəsinə dair iddialarını irəli sürüb. ABŞ-da yaşayan bloger Beydulla Manafov demiş, “stəkanda fırtına” törədib. Araşdırma zamanı “obyektiv”likdən gen-bol danışan Xədicə heç özünə əziyyət verib “sənəd”lərdə adı müvafiq Fondun təsisçilərindən biri kimi keçən, Bakıda yaşayan hüquqşünas Aslan Ismayilovun məsələ ilə bağlı şərhini almağı belə özünə rəva görməyib. Bütün bunlar qərəzliliyi və X.İsmayılovanın “araşdırmaçı-jurnalist” kimi “peşəkarlığı”nı göstərməklə yanaşı, həm də bu şəxsin əvvəllər müəllifi kimi göstərildiyi “araşdırma” məqalələrinin necə “hazırladığı”na dair aydın təsəvvür formalaşdırır.
Məlum sənədlər ictimailəşdirildikdən sonra hüquqşünas A.İsmayılov eyni soyad daşıyıcısı olduğu Xədicəni qərəzlikdə və özünə qarşı nüfuzdansalma kampaniyası aparmaqda, Azərbaycanda xalqının milli-mənəvi dəyərlərini məhv etməkdə, Qərbdən qeyri-leqal yollarla qrant almaqda günahlandırıb. Amma “araşdırmaçı-jurnalist”in mövqeyini öyrənmək, izahlarını eşitmək bu dəfə də mümkün olmayıb. Hətta “AXCP-nin mətbuat katibi” kimi tanınan, ABŞ-da məlum dövlətin Azərbaycan Respublikası əleyhinə qarayaxma kampaniyasında rol olan Sevinc Osmanqizi Mirzəyeva da Xədicəni “danışdıra” bilməyib.
Nəzərə alın ki, Sovet sisteminin sabiq məmurunun övladı – Xədicə bir müddət öncə öz yazıları ilə az qala “qəhrəman”, “fədakar” obrazında Azərbaycan cəmiyyətinə “sırınırdı”. Tarixçi Cəmil Həsənli özünün araşdırmalarında bu qadını “mənbə” kimi istifadə edirdi. Adi əxlaq və mədəniyyətə malik olmayan, bu “şüvənçı jurnalist”in naməlum mənbələr əsasında “hazırladığı”, hazırlanmasında və ya Azərbaycanda “yayılması”nda iştirak etdiyi “hesabat”larla Azərbaycanda az qala çamur atılmayan insan qalmayıb. Amma heç kəs dərinə getməyib, müqavimət göstərməyib, saxta “araşdırması”na görə ondan hüquqi məsuliyyət tələb etməyib. Xədicənin azərbaycanlı qurbanları xalqımızın “tapdalama ki, iyi yayılmasın” tövsiyəsinə əməl ediblər. “Zeynəb Xanlarova Fondu” ilə bağlı məsələ meydana atılanda isə qarşısında özü qədər “inadkar” Aslan İsmayılovu gördü və çökdü, eləcə də “iyi” ətraf aləmə yayıldı…
Amma bütün qarayaxmalar neçə onillər ərzində, müstəqil dövlətimiz olmayanda Azərbaycanın dünyada diplomatik elçisi, milli-mədəni dəyərlərimizin təbliğatçısı olmuş Zeynəb Xanlarovanın xalqımız arasında nüfuzunu azalacaq ki?! Necə deyərlər, “yel qayadan nə apara bilər ki”! Olsa-olsa belə “yel”lər Xədicə kimi kol-kosları Zeynəb Xanlarova kimi tarixi insanların qarşısından süpürüb atar, başqa “qucağa” oturdura bilər… O da əgər həmin “qucağa” qəbul etsələr…
Amma bu “fırtına”nın bir faydası da oldu! “Zeynəb Xanlarova Fondu” ilə bağlı “araşdırması” Xədicə kimilərin əvvəllər hansı saxtakarlıqlar törətdiyini ictimaiyyətə aydın nümayiş etdirdi. Bu “jurnalist”in hansı mənəvi dəyərlərə malik olduğunu tezliklə aşkara çıxardığı kimi…
Eyni zamanda onların xaricdən Azərbaycan dövlətinə təzyiq kimi istifadə edilən bu kampaniyalarda saxta sənədlərin ictimailəşdirilməsi kanalından başqa bir funksiya daşımadıqlarını, olsa-olsa xırda “vintcik”ləri olduqlarını göstərdi. Özü də həmin təzyiqlərin anti-Azərbaycan qüvvələr, xarici təhlükəsizlik orqanları və ermənilər tərəfindən həyata keçirildiyini bildikləri halda…
Hörmətli Azərbaycanlılar, inanmayın belə provokator və saxtakarlara, “əl-buyruqçuları”na, belə “araşdırma”lara! Zeynəb Xanlarovanın oxuduğu mahnıları, musiqini dinləyin! Həmin ifanın və milli mədəniyyətimizin xalqımızın ruhunu və saflığını necə tərənnüm etdiyini duyun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir