AKTUAL

Qüdrət Şükürov və qızı barəsində CİNAYƏT İŞİ AÇILDI – ŞOK İDDİA

Sharing is caring!

Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürov və qızı Aysel Şükürova məhkəməyə verilib.
XeberAl.az xəbər verir ki, bu barədə tanınmış videoqraf Fuad İsmayılovun xanımı, bloqer Asya İsmayılova “İnstagram” hesabında məlumat verib. O, Aysel Şükürova və atası Qüdrət Şükürovdan şikayətçi olub.
“Aysel Şükürova dünəndən bu günədək mənim və yoldaşım haqda yalan, şər-böhtan, şəxsiyyətlərimizi alçaltdığı və işgüzar nüfuzumuzun zədələdiyi üçün polisə şikayət etmişik. Tərkibində cinayət xarakteri olduğundan inzibati yox, cinayət işi kimi qeydə alınıb. Qarşı tərəfin yoldaşı polisə yalandan “yoldaşım iflic keçirib, bölməyə gələ bilmir” – bildirsə də, polis əməkdaşları evlərinə gedib izahatını alıb. Qüdrət Şükürov da məsələ ilə bağlı bölməyə dəvət olunub. Həmçinin çalışacağıq ki, bu iş sabahdan prokurorluğa göndərilsin və oradan da məhkəməyə getsin”.Aysel Şükürova da “İnstagram”da paylaşım edərək iddialara cavab verib:
“Kim kimə inanmaq istəyirsə, inansın. Mən onlara üzləşmək təklifi etdim, müxtəlif bəhanələr gətirərək razı olmadılar. Üzləşmə olmasa, mən bu işdən əl çəkən deyiləm. Həm onlara, həm də hüquq-mühafizə oqranlarına dedim. İnsan dedikləri sözün arxasında dayanmağı bacarmalıdır. Əgər səhv etmişəmsə, qanun qarşısında cavab verərəm. Onlar da həmçinin…Mənlə bağlı danışılan zaman qrupda onların da müzakirəsi gedib. Heç kimin ağzını bağlaya bilmərəm ki, danışma!”
Qeyd edək ki, Bakı Lift İdarəsinin sabiq rəhbəri Qüdrət Şükürov qızının toyuna 400 min dollar xərclədiyi deyilmişdi.

XeberAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir