AKTUAL manset

Baləkəndə at ətinin satışı ilə məşğul olan şəxs tutulub

Sharing is caring!

Balakəndə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan XəbərAl.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə rayonun Sarıbulaq kənd sakini sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Şahin Dibirovun şəhər ərazisindəki yaşadığı evdə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olması barədə məlumat daxil olub.

 

Polis əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə həmin ünvana baxış keçirilən zaman çəkisi 35 kiloqram olan dərisi soyulmuş halda 1 rəst at cəmdəyinin qalıqları aşkar edilib.

 

Ətdən nümunələr götürülərək ekspertizaya təqdim edilib.

 

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir