AKTUAL manset

Müdafiə naziri döyüş hazırlığını yoxladı – Video

Sharing is caring!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissəsində olub.

Müdafiə Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, raket və Artilleriya Qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıb, silahlanmada olan silah və texnikaya baxış keçirib.

Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının döyüşə hazırlıq səviyyəsinin daha da artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

https://youtu.be/PRbFJFqBeHg

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir