AKTUAL manset

Baş nazir sürüşmə zonasında olub, müvafiq tapşırıqlar verib

Sharing is caring!

“Prezident İlham Əliyevin tapşırığı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasına baxış keçiriblər”.

XəbərAl.az trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədov vurğulayıb ki, müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib. Onun sözlərinə görə, təxirəsalınmaz tədbirlərin görülməsi üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib:

“Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqqında qərar qəbul ediləcək”.

Qeyd edək ki, noyabrın 24-ü axşam saatlarında paytaxtın Bibiheybət ərazisində sürüşmə baş verib. Hadisə nəticəsində yolun asfalt qatı dağılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir