AKTUAL

“Azərlotoreya” ASC Qumar oyunları cibləri necə soyur? “Poz qazan” “Misli.az” və digərləri…

Sharing is caring!

 Xəbəral.az xəbər verir ki, “Azərlotereya” ASC birmənalı şəkildə insanları məhvə sürükləyən, onları maddi nemətlər istehsalından ayırıb, zəngin həyatdan məhrum edən mərc oyunlarına vərdiş təşviq edir.
“Azərlotereya” ASC aşkar formada və sadə yollarla insanları fırıldaq oyunlara cəlb edir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tində bucaqda, o cümlədən rayonlarda “Poz, qazan” oyunlarını genişləndirir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar.
Lakin “Poz, qazan” və “Misli” ölkənin bütün küçələrini zəbt edib və ölkədə açıq qumarxanaya çevrilib. Avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində hər gün, xüsusilə kasıb təbəqənin “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” adlı lotereyaları böyük həvəslə almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin ölkədə hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insanı cəlb edir.
Deputatlardan biri açıq deyir ki, Azərbaycanda bu cür oyunlara yer verilməsi, insanların zəhmətsiz gəlir əldə etməyə alışdırılılması və milli psixologiyada dərin çatlar yaradan qumar oyunları dərhal küçələrdən yığışdırılmalıdır:  “İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar, faciələr baş verir”.
Diqqət yetirəndə, görürük ki, “Azerlotereya” rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun belə qaranlıqdan xəbər verən hərəkətləri isə əksər insanlarda ciddi şübhələr yaradır.
Azərbaycanda kazino və qumar çoxdan qadağan olunub. Qumarın ölkədə təşkili ciddi məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanaya çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir.
Paytaxtın hansı nöqtəsinə getsən, qumarla qarşılaşırsan. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla qumar nöqtələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumarla soyub talamaq və evini yıxır.
Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Halbuki küçədə meyvə-tərəvəz satmağa icazə verilmir, amma “Poz qazan” qumarı oynamaq olar?!
Buna baxmayaraq, küçələrdə qumar şiddətlə gedir, əksəriyyət də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Ağıllı adamlar bir şey çox düşündürür, görəsən, küçələrdə kasıb təbəqəni qumara cəlb etmək kimlərə lazımdır?! Ölkədə hərə bir lotereya düzəldir, “Poz Qazan”, “Misli.az” yalandanlar deyirlər ki, adını çəkmədiyi qonşusu 20 min udub, xalasıoğlu 40 min udub və sairə. 

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir