AKTUAL

Neftçalada başçı ilə DSK sədri hektarlarla torpaqların qanunsuz satışı ilə məşguldılar – ŞOK İDDİA

Sharing is caring!

Xəbəral.az saytına Neftçala rayonundan dəhşətli şikayət dolu məlumat gəlib.

Məlumata görə, Neftçala suvarma idarəsində çalışan ərköyün məmur oğlu bir müddət öncə də Yasamal rayonunda saxlanmışdı, amma o zaman da həbsdə qurtarmağı bacarmışdı. İndisə məlum olur ki, DSK sədri Z. Kərimov və rayonun başçısı M. Seyidov Neftçala fermerlərinə “gün verib, işıq vermir”. Onlar torpaqları auksiona çıxarır və rüşvətin fərqli mexanizmi ilə başqalarına verirlər. Yəni 1000 manatın varsa, Seyidovla Kərimov sənə icarəyə torpaq bağışlayacaq, əks halda torpaq üzünə həsrət qalacaqsan. Bu da Neftçalada məmur özbaşınalığının yenidən baş qaldırması deməkdir.

İddia olunur ki, bütün bu işlərin başında əvvəllər Neftçala rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, hazırda Dairə Seçki Komissiyasının sədri olan Zaur Kərimov dayanır. Yeri gəlmişkən, Z.Kərimovun adı bu günlərdə başqa bir qalmaqallı işdə də hallanmışdı: onun bahalı avtomobili ilə heç bir yol hərəkəti qaydasına əməl etmədən, avtoxuliqan kimi rayon yollarında şütüdüyünü əks etdirən fotolar yayılmışdı. Həmçinin, məlumata görə, bu günlərdə onun oğlu Bəxtiyar Kərimov Neftçalada narkotik istifadəçisi kimi həbs olunub. Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Regional İdarəsinə gətirilən B.Kərimov elə həmin gecə həbsdən azad edilib.

Xəbəral.az – xəbər verir ki, Neftçala rayonu 61 Sayli DSK sədri Zaur Kərimov həsənabad qəsəbə sakini İsayev Asiflə rayonun muxtəlif ərazilərində qanunsuz olaraq, şərik torpaqlar əkdirir.

Bununla yanaşı, Zaur Kərimov işçilərin ìş otağına çağırib olardan pul istəməsi faktlari mövcuddur. Zaur Kərimov Neftçalanın Bankə qəsəbə sakini Manafov Sərvər Sərdar oğlu ilə də müəyyən şərikliyi var. Onlar N saylı hərbi hissəyə aid olan yeri qeyri qanuni şumlardırıblar.

Dairə sədri həmçinin sahibkar dostu ilə satdığı torpaqların puluna maşın alveri ilə də edir.

İnanırıq ki, hüquq mühafizə orqanları ölkədə məmurların özbaşınalığına və korrupsiya ilə mübarizə apardığı bir vaxtda Neftçala rayonu 61 Sayli DSK  sədri Zaur Kərimova da qarşı lazımi tədbirlər görəcəkdir.

Yazıda Reportyor.infonun yazısından istifadə edilmişdir.

Qarşı tərəfın mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir